SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə121/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   117   118   119   120   121   122   123   124   ...   260
2. Şiçinq (şe`r kitabı); Konfusion bu kitabda həmin dövrdə camaat arasında yayılan üç min şe’rdən 305-ni seçərək onları öz tə’limlərinin əsasına çevirmişdir. Onun tə’limlərinin çoxunda bu şe’rlərdən istifadə olunmuşdur. Konfusion bu şe’rləri 4 qrupa bölüb təsnif etmişdir:

A. Qadınla kişinin əlaqələri barəsində olan şe’rlər;

B. Xalq bayramları ilə əlaqədar nəğmələr;

C. Dövlət bayramları üçün nəğmələr;

D. Qurbanlıq mərasimləri və mə’bədlərdəki dini ayinlərin icrası zamanı oxunan dini nəğmələr.

3. Liçi (ayinlər, yaxud şe`rlər kitabı); Bu kitab qədim Çin imperator sülalələrinin və əhalisinin ictimai rəftar və davranışlarını bəyan edir.

4. İçing (dəyişikliklər kitabı); Bu kitabın mühtəvasını xəyali fəlsəfi dəstgahlar təşkil edir. Bə`zi din tədqiqatçıları onu falçılıq və qeybdən xəbər vermə sistemi adlandırmışlar. Bu sistem üç ədəd səkkizlik xətt üzərində qurulub. Bu üç xəttin hər biri də bir bütöv, düz xəttdən və bir də qırıq-qırıq xəttdən ibarət olmaqla bu iki xəttdən biri təkrarlanır. Bu xəyali-ideoloji sistemdə düz xətt yanq (erkək qüvvəsi), qırıq-qırıq xətt yinin (dişi qüvvəsinin) göstəricisidir. Həmin iki qüvvə bütün təbiət aləmini yaratmışdır və təbiətin bütün simvolları iki-iki, yaxud yanq və yinə aid edilir. Göylər və yerlər, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də belələrindəndir.

5. Çun-çyo (bahar və payız salnaməsi); Bu kitab Lo əyalətindən Yin padşahlığının ilk dövründən (miladdan əvvəl 722-ci il) Ay şahın hökmranlığının 14-cü ilinə qədər (miladdan əvvəl 481-ci il) baş verən mühüm hadisələri barəsində gündəlik xəbərlərdir. Konfusion dəqiq mə’lumatlar verməklə səlahiyyətli hökumətin formalaşmasını, qəddar vəzirlərin islahı üçün mexanizmləri göstərir. Bütün bunlar qədim Çin hökumətinin və siyasət elminin əsası sayılır.

Qeyd olunan beş kitabdan əlavə, Konfusionun əlaçı tələbələri vasitəsilə, o da Konfusionun əxlaqi şəxsiyyəti və fəlsəfəsini şərh edən başqa dörd kitab da qələmə alınmışdır. Həmin kitablar aşağıdakılardan ibarətdir:



1. Analekt; Lunyunun müntəxabatından ibarət olan bu kitab Konfusionun və onun bə’zi şagirdlərinin sözlərini ehtiva edir. Kitabda Konfusionun fəlsəfəsinin kökləri və şəxsiyyəti gözəl şəkildə bəyan olunmuşdur.

2. Tasoe, yaxud böyük elm kitabı; Bu kitab şərafət, alicənablıq, xüsusilə də orta məktəbdə yeni təhsilə başlayan şagirdlərə tə’lim-tərbiyə üsullarını aşılayır.

3. Çunq-yunq, yaxud min kitabı; Bu kitab əslində Konfusionun nəvəsi Tzoso tərəfindən şərh olunmuş Liçi kitabının bir hissəsi olmuşdur. Kitabın mövzusu dünyadakı nizam-intizamla insanın əxlaqi vəzifələri arasında əlaqədir.

4. Mənkyus kitabı. Konfusionun fəlsəfi görüşlərinin izahı üzrə miladdan əvvəl üçüncü əsrdə yazılmış bu ilk kitab Konfusion əcdad və ardıcıllarının kəlam və sözlərindən ibarət olmaqla nizamlı şəkildə tərtib olunmuşdur.

Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin