SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə124/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   120   121   122   123   124   125   126   127   ...   260

KONFUSİON ƏXLAQI


Konfusionun əxlaqi tə’limlərinin üç əsas prinsipı aşağıdakılardır:

Li qanunu, Şu qanunu, Çun-tzo, yaxud kamil insan qanunu.



1. Li; Konfusionun Çin cəmiyyətini islah etmək naminə bir qanun və norma olaraq yaratdığı bu söz müxtəlif mə’nalarda işlənmişdir. Bu mə’nalardan “paklıq və təharət, ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai fəaliyyət və rəftar nümunəsi”- ni qeyd etmək olar. Li əslində sağlam cəmiyyəti formalaşdıran qanun və prinsiplərə şamil edilir. Cəmiyyətin idarə olunması və təkamülü də bu prinsip və qanunların əsasında baş tutur. Bu prinsiplər ailə, cəmiyyət və hökumətin islah olunmasında əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət olunarsa bütün ictimai ixtilaflar aradan götürülər, cəmiyyət maddi-mə’nəvi təkamül yoluna qədəm qoyaraq, fəsad və əxlaqsızlıqdan xilas olar.

Konfusionun Li qanunun tə’limləri ilə əlaqədar üç məsələni araşdırırıq.

Birinci, Li qanununun işlərin nizamlanması və insanlar arasında mehriban münasibətlərə xidmət edən beş əsas prinsipi vardır: övladın ataya, kiçik qardaşın böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar və hakim də öz vəzifələrinə əməl edəcək, bununla da cəmiyyət sağlam və xoşbəxt olacaq. O deyir: - Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində tam məs’uliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar üçün nümunə olmalıdır.” Atanın bu vəzifəyə əməl edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: - Ata sağ olduğu müddətdə onun istəyinə uyğun əməl etməli, dünyadan gedəndən sonra onun rəftar və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi bilməlidir.” Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı göstərməli, incimələrinə, narahatlıqlarına səbəb olmamalıdır. Bu barədə deyilir: - Yaxşı övlad o deyil ki, imkanı olan təqdirdə öz gücsüz ata-anasına yemək çatdırsın. Çünki bə’zi heyvanlar da bu işi görürlər. Yaxşı övlad o kəsdir ki, öz valideyninə ehtiram göstərsin”; “ - Yaxşı övlad o kəsdir ki, qeyri-iradi qarşıya çıxan xəstəliklər istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın.”

Konfusion rəiyyət-hakimin, fəhlə-sahibkar əlaqəsi barədə belə deyir: “ - Əgər rəiyyət dövlət başçılarının fərmanına itaətsizlik etməsə, dövlət adamları onun işlərində ədalətdən kənara çıxmayacaqlar. Fəhlələr sahibkarlara itaət etsələr, məhz bu zaman sahibkarlar adları sahibkar olsa da fəhlələrin tə’siri altına düşəcəklər (yə`ni fəhlələrin bütün istəklərinə müsbət cavab verəcəklər). Belə olan halda cəmiyyətdə heç bir təzad, müharibə, zülmə yer olmayacaq və insanlar bir-birini sevəcəklər. Beləliklə də cəmiyyət rifah və asayişdə yaşayaraq, maddi-mə’nəvi kamilləşmə yoluna qədəm qoyacaq.”



Buna görə də, ümumiləşdirmə aparsaq Konfusion övlad atasına itaət etsə, atanın da yaxşı tərbiyəçi olacağına, kiçik qardaş müti olsa, böyük qardaşın onu himayəsinə alacağına, qadın itaətkar olsa ərinin ona vəfalı qalacağına, rəiyyət itaət edərsə, hakimin rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun ehtiyaclarını tə’min edəcəyinə və beləliklə, bir-biri ilə sülh və səmimiyyət şəraitində yaşayacağına inanmışdır.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin