SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


KONFUSİON AYİNİNİN ƏQİDƏLƏRİ



Yüklə 3,53 Mb.
səhifə128/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   124   125   126   127   128   129   130   131   ...   260

KONFUSİON AYİNİNİN ƏQİDƏLƏRİ


Konfusionun əsas məşğuliyyəti cəmiyyətdə, xüsusilə də hökumətin vəziyyəti, xalq kütlələri ilə dövlət mə`murlarının əlaqələrində islahat aparmaq olmuş mə’nəvi məsələlərə daha az diqqət yetirmişdir. O, hətta dəfələrlə öz şagirdlərinin mə’nəviyyət və fövqəltəbii məsələlərə dair suallarına cavab verməkdən yayınmışdır. Misal üçün, şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdir: - Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?” Yaxud, ölüm barəsində soruşulduqda demişdir: - Sən həyatı dərk etmədiyin halda, ölümü necə başa düşə bilərsən?”

Bütün bunlara baxmayaraq Konfutsionun müqəddəs kitabları böyük dünyanın ali qüdrəti olaraq böyük allahı açıq şəkildə qəbul və bə’zən onu ilahi hakim mə’nasını daşıyan Şankti, bə’zən də ərş, asiman mə’nasında olan Tiyen adı ilə qeyd edir. Konfusiondan nəql olunmuşdur ki: - Səmavi istəkləri bilmədən ali insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür.”

Bununla belə, əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni ideoloji əsas yaratmamış, öz ardıcıllarını ata-babalarının ayininə də’vət və təşviq etmişdir. Onun özü də keçmişdəkilərin e’tiqad və adət-ən’ənələrinə çox ciddi şəkildə riayət edirdi. Adi camaat kimi mə’budlara sitayiş və onlara qurbanlıq hədiyyə edirdi.

Konfusionun ölümündən sonra ardıcılları onu o dərəcədə müqəddəsləşdirdilər ki, ilahilik məqamına yüksəltməkdən əlavə, onun üçün mə’bədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş yayıldı. Bu qanunların əsası ilk dəfə miladdan əvvəl 195-ci ildə Çin imperatorunun onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdikdən sonra qoyuldu və tədricən genişlənib yayıldı. Artıq, 1200 ildir ki, hər il minimun iki dəfə Konfusion üçün mə’bədlərdə qurban kəsməklə müşaiyət olunan dua mərasimləri keçirilir.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin