SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə131/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   127   128   129   130   131   132   133   134   ...   260

ƏSASLARI VƏ E`TİQADLARI


Müqəddəs Şinto mənbələrinə əsasən ilk əvvəldə üç mə’bud mövcud olmuşdur:

1. Amanumi-kanuşi-nukami, yaxud səma mə’budu;

2. Takami-nusubi-nukami, yaxud qoruma və mühafizə mə’budu;

3. Kami-musubi-mukami, yaxud məhsuldarlıq və bərəkət mə’budu.

Daha sonra bunların nəsil artımı nəticəsində sonrakı mə’budlar nəsli yaranmışdır. Nəhayət yeddinci nəsildə izanaqi (erkək mə’bud) və izanami (dişi mə’bud) adlı iki mə’bud bacı-qardaş surətində dünyaya gəlmişlər. Yaşlı mə’budlar onlara Yaponiyanı xəlq etməyi əmr etdilər. O iki mə’bud yerlə göy arasında səyyar bir körpü düzəltmişlər. Sonra izanaqi oradan okeana enmiş, cəvahir nişanəli nizəsini şoran okean suyuna batırmış və onu o qədər qarışdırmışdır ki, onun şor suyu qatılaşıb donduqdan sonra öz nizəsini oradan çıxarmış və ondan daman hər bir damcı Yaponiyanın böyük adalarından birinə çevrilmişdir. Yaponiyanın digər adaları və eləcə də yapon xalqının nəsli bu iki bacı-qardaş mə’budun nəsil artımından yaranmışdır. Digər mə’budlar da başqa yollarla bu iki mə’buddan əmələ gəlmişdir. Məsələn, günəş mə’budu olan Amatraso izanaqinin sol gözündən xəlq olunmuşdur. Yapon imperatorları özlərini Amatrasonun nəvələri adlandırırdılar. Birinci Mikado (Yapon imperatorlarının ləqəbi və böyük darvaza mə’nasındadır) Amatrasonun övladı hesab olunur və onun tərəfindən Yaponiyaya hökmran tə’yin edilmişdir. Şintonun qədim mənbələrində qeyd olunur ki, Amatraso birinci Mikadoya xitab edərək demişdir: - Sən ey yüksək nəsəbli övladım, oraya (Yaponyaya) get və orada hökmranlıq et. Get, ne`mət və rifahın sənin sülalənlə birgə olacağına ümidvaram. Ümidvaram ki, o da (sənin hökumətin və sülalən) səma və yer kimi əbədi bərqərar olacaq. Bu e’tiqada əsasən imperatora sitayiş Şintonun ən əsas dini əməllərindən biri hesab olunur.

Şinto dini mətnlərində mə’budlara yalnız təvəllüd və nəsil artımı deyil, adi insanlar üçün təsəvvür oluna bilən bütün xüsusiyyət və simalar aid edilir. O cümlədən xəstəlik, qəzəb, hamama getmək, ağlamaq, paxıllıq, nalayiq sözlər danışmaq, viran etmək, ölüm-itim, aradan getmək və s. belə sifətlərdəndir. Nümunə olaraq, Şinto mənbələrində tufan mə’budu Susa-novonun dağıdıcı bir təbiətə malik olmasının, onun rəftarının tərbiyəsizlik həddini də aşdığının qeyd olunmasını göstərmək olar. O, qələbə çaldığı zaman zülm, sitəm etmiş və nəticədə sair mə’budlar tərəfindən cərimə olunaraq sürgün edilmişdir.

Şinto ayini təbiətin bütün təzahürlərinin günəş, tufan, yağış, ulduz və s. ayrıca bir allahı olduğuna inanır. Amma əvvəldə qeyd olunduğu kimi, bu mə’budların hamısı, eləcə də maddi və qeyri-maddi varlıqlar bir ata və bir ana mə’buddan, yə’ni izanaqi və izanamidən doğulmuşlar. Buna görə də bütün varlıqlarda ilahi təbiət vardır. Belə bir ideologiyanın əməli nəticəsi də bundan ibarətdir ki, hər bir yapon həm buddist, həm xristian bu gün Yaponiyada mövcud olan 375 firqədən hansı birinə tabe olsa yenə də bir Şinto hesab olunur.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin