SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə133/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   129   130   131   132   133   134   135   136   ...   260

DİNİ AYİN VƏ MƏRASİMLƏR


Ata-babaların sitayiş edilib müqəddəs sayılması, imperatora ehtiram qoyulub müqəddəs sayılması klassik sintoizmdə geniş yayıldığı kimi yeni şintoizmdə də qaldı. Bundan əlavə, Yaponiyanın və yapon nəslinin seçilmiş, üstün irq kimi müqəddəsləşdirilməsi, onların birbaşa allahların övladları hesab edilməsi Şinto ayininin digər mərasimlərindəndir.

Şinto ayinində ailənin özü bir növ mə’bəd sayıldığına görə çox müqəddəs və möhtərəm tutulur. Hər bir yapon ailəyə və ondakı qayda-qanunlara hörmət etməyə borcludur. Atanın ailədəki ixtiyarı həddindən artıq çoxdur. Onun hətta öz övladını satmaq haqqı da var və cəza qismində öz övladını e’dam edə bilər. Qadın da qeydsiz-şərtsiz öz ərinə tabe olmalı, onun kobud hərəkətləri və yaramaz işləri qarşısında yalnız mülayim rəftar etməlidir. Eləcə də qızlara atalarından miras düşmür. (Bu qayda-qanunlar Yaponiyanın müasir mülki-prosessual qanunlarında qüvvədən düşsə də, onlar Şinto ayininin mənbələrində nəzərə çarpır).

Şinto ayinindəki ibadətlər bir sıra nəğmələrdən, dua və zikrlərdən ibarət olmaqla əsas e’tibarı ilə mə’bədlərdə və ibadət edən şəxsin istək, ehtiyacları əsasında seçilən mə’bud qarşısında icra olunur. Günəş ilahəsinə (Amatraso) ibadətin xüsusi mövqeyi vardır. Amatrasoya sitayiş edilməsi üçün xüsusi mə’bədlər tikilmişdir və il boyu bu ayinin ardıcıllarından böyük bir qrupları onu ziyarət edir. Çünki Şinto ayininə tabe olan hər bir şəxs heç olmazsa ildə bir dəfə bu mə’bədi ziyarət etmək üçün ən mühüm Şinto mə`bədinin yerləşdiyi İse şəhərinə getməyi özünə borc bilir. Bu mə’bədlərdə günəşin simvolu olan dairəvi bir güzgü asılmışdır. Şinto e’tiqadına görə həmin güzgü Amatrasonun birinci Mikadoya etdiyi müqəddəs hədiyyədir.

Bu güzgüyə Şintonun iki müqəddəs kitabında – Kuciki (qədim mövzulara aid qeydlər) və Nihunci (Yaponiyanın əhvalatları) - xüsusi diqqət yetirilir. Nihunci kitabında qeyd olunur: - Amatraso qiymətli bir güzgünü əlinə alaraq və birinci Mikadoya xitabən dedi: -Ey mənim övladım! Bu güzgüyə baxanda mənə baxdığını zənn et. Ümidvaram ki, bu güzgü sənin üçün müqəddəs güzgü olacaq.”

Kuciki kitabında Amatrasondan belə nəql olunur: “ - Bu güzgüyə böyük diqqət və ehtiram göstərin. Sanki o bizim əzəmətli ruhumuzdur, bizə hörmət etdiyiniz kimi ona da hörmət edin.”

Şinto mə’budlarının simvollarına hörmət və onların qarşısında baş əymək kimi mərasimlərinə, hədiyyə verilməsi və mə’budlar üçün maddi şeylərdən nəzirlər yığılmasını da əlavə etmək olar. Bu nəzirlər adətən yeməkdən ibarət olur. Hətta, bə’zi mə’lumatlara görə hər gün müəyyən qədər qida məhsulları, o cümlədən 4 fincan şərab, 16 nəlbəki düyü, 4 nəlbəki duz, balıq, quş əti, meyvə və göyərti ilə birlikdə “İse” mə’bədinə hədiyyə olunur. Bu hədiyyələrdən bə’ziləri hər il Cinunun (birinci Mikadonun) qəbri üzərinə qoyulur.

Şinto ardıcılları yuxarıda qeyd olunan ritualları yerinə yetirməkdən əlavə, bə’zi əməlləri də yerinə yetirməyə borcludurlar və bunlardan paklıq və təharətin adını çəkmək olar. Daimi yuyunmadan və paklanmadan əlavə, ildə iki dəfə çayda və dənizdə böyük paklanma mərasimi yerinə yetirilir. Belə ki, əvvəlcə hədiyyələr suya atılır və sonra hamı suya girərək özlərini yumaqla böyük günah və cinayətlərdən təmizləyir.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin