SUALLAR
1. Fir’onun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?
2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?
3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?
4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?
5. Həzrət Musanın mö’cüzələri hansılardır?
6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?
OTUZ SƏKKİZİNCİ DƏRS YƏHÜVƏH
Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və tə’limlərinin sərlövhəsində tövhid və yeganə Allaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala Qur’ani-Kərimdə buyurur:
«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».1
Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə də’vət etmişdir.
Musanın də’vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur’ani-Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması ne’mətini də (o cümlədən Muasanın) şərh edir. Allah-taala buyurur:
Dostları ilə paylaş: |