SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə175/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   171   172   173   174   175   176   177   178   ...   260

BAYRAMLAR


Yəhudilərin ən mühüm bayramları aşağıdakılardır:

1. «Roşhəşnəd» - bu, ilin başı mə’nasına olub, həqiqətdə yəhudi ilinin başlanğıcı və onların bayramı sayılır. Yəhudilərin nəzərində ali müqəddəs günlərdən sayılan bu gün qədər əziz gün yoxdur və yəhudilər onu illik mühakimə günü hesab edirlər; o gün asimanın pərdələri açılır və hər şəxsin əvvəlki ildə olan əməlləri onun əməl dəftərində qeydə alınır.

2. «Kippur» - bu gün «Roşhəşnəd»dən on gün sonra yerinə yetirilir və ali müqəddəs günlərdən sayılır. Yəhudilər kəffarə və ya tövbə hesab olunan bu gündə öz günahlarını iqrar edib kəffarə orucu tutur və Allahdan günahlarının bağışlanmalarını istəyirlər.

3. «Sukkot», yaxud «Xeymələr bayramı» - «Kippur»dan beş gün sonra yerinə yetirilir. Səkkiz gün davam edən bu bayramda Bəni-İsrail qövmünün həzrət Musa (ə)-ın zamanında ağır şəraitdə səhrada yaşadıqları dövr xatırlanır.

4. «Fisəh», yaxud «Pisac» - bu bayram Bəni-İsrailin Misirdən köçmələrini xatırladan bir bayramdır və yazda təqribən mart və aprel aylarında bərqərar edilir. Bu bayramda yəhudilər qurbanlıq mərasimlərini keçirir, fətir çörəyi bişirir, şərab içir, bayram şamı yandırıb Bəni-İsrailin Misirdən köçməsi hadisəsini xatırladırlar.

5. «Şavut», yaxud «Əllilik bayramı» - «Fisəh» bayramından doqquz gün sonra yerinə yetirilir və həqiqətdə «Fisəh» bayramının davamıdır. Allaha un hədiyyə etməklə keçirilən bu bayram ilahi ne’mətlərə şükr etmək və əkinçilik mərasiminin xatırlanmasıdır. Eləcə də Sina dağında həzrət Musaya Tövratın nazil olmasını xatırladan bir mərasimdir.

6. «Hənukəh», yaxud «İxlas və saflıq bayramı» - bu bayram dekabr ayında səkkiz gün müddətində təşkil olunur və bu da yəhudi hekayələrindən birini xatırladır ki, onun əsasında Mekabirun mə’bədində yunanlılarla müharibə zamanında qalan yeganə çırağın bir günlük yağa malik olduğu halda səkkiz gün yanmasını canlandırır.

7. «Purim» bayramı. Bu bayram fevral ayının axırlarında, yaxud mart ayının əvvəllərində təşkil olunur; bu ibrani peyğəmbərlərindən biri olan Əstərin əli ilə miladdan beş əsr qabaq baş verən mö’cüzəni xatırladır. Haman şuş yəhudilərinin qırğın tarixini tə’yin etmək üçün püşk atanda Əstərin varlığı xatirinə düzülmüş mizlər tərsinə çevrildi və Haman öz əli ilə hazırladığı dar ağacından asılı qaldı.

Bu hadisə başqa cür də nəql olunmuşdur. Belə ki, Əstər ümumiyyətlə yəhudi bir qadın idi ki, İran padşahı Xəşəyar şah onu gözəlliyinə görə özünə arvad seçdi. Bu arvad əmioğlusu Mərdxay ilə birlikdə İran şahının yəhudilərin əleyhinə tədbir görmək istəyən Haman adlı vəzirindən padşaha mə’lumat verdi ki, guya ona xəyanət etmək məqsədi vardır. Buna görə də şah Hamanı və onun ətrafındakıları, onun yəhudiləri dara asmaq üçün hazırladığı iplə asdırdı.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin