Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və Süleymanın mə’bədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər. Samiriyyun Allah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə e’tiqad bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Əhdi-ətiqin qalan hissəsini və Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı peyğəmbərlərin nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yə’qub övladlarının varisləri və Tövratın himayədarları adlandırırlar.