«Bakirə bir qız hamilə olub dünyaya bir oğlan uşağı gətirəcəkdir ki, Əmanuyil [yə’ni, Allah bizimlə] adlandırılacaqdır».
Yusif yuxudan ayıldı və mələyin göstərişinə əməl edərək Məryəmi öz evinə gətirdi. Amma Məryəm öz oğlunu dünyaya gətirən zamana qədər onunla yaxınlıq etmədi və oğlanın adını İsa qoydu4 Muka İncilinin birinci və ikinci bablarında da həzrət İsa (ə)-ın təvəllüdü bəyan edilir. İsa (ə) İncilin rəvayətlərinə əsasən, 30 yaşında İordaniya çayında Yəhyanın əli ilə tə’mid qüslu etdi və sudan çıxandan sonra peyğəmbərliyə seçildi. Markos İncilində belə oxuyuruq: «Bu zaman İsa Cəlil nasirəsindən gəldi və İordaniya çayında Yəhyadan tə’mid aldı. İsa sudan çıxan zaman gördü ki, asiman yarılıb və Ruhul-qudus göyərçin surətində ona tərəf nazil oldu və asimandan bir avaz eşitdi ki: Sən mənim əziz oğlumsan, səndən razıyam. Dərhal Allahın ruhu onu çöllərə apardı. Qırx gün çöllərdə qaldı, şeytan onu vəsvəsə edirdi. İsa vəhşi heyvanların arasında idi və mələklər ona xidmət edirdi».1 İsa (ə) qırx günlük müddətdən sonra Kəfər Nahuma gedir və camaata tə’lim və moizəni başlayır. Dördlük təşkil edən İncillərin başqa yerində İsanın mö’cüzələrinə ümumi halda çoxlu diqqət yetirilmişdir.
Gələcək dərslərdə İsanın tə’limləri və məsihilik əqidəsini araşdıracağıq.
Dostları ilə paylaş: |