SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə22/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   18   19   20   21   22   23   24   25   ...   260

QƏDİM VƏ MÜASİR TOTEMLƏR


Müxtəlif xalqların tarix və ədəbiyyatından qalmış əsərlər aşkar şəkildə göstərir ki, totemizm ayinin təxminən dünyanın hər yerində qədim tayfa və millətlərin böyük əksəriyyətində olduğunu göstərir.

Dünya xalqlarının şifahi və yazılı ədəbiyyatının müasir dövrə gəlib çatmış dastan, nağıl, atalar sözləri uzaq keçmişdə totemə e`tiqadın geniş yayılmasına dəlalət edir. Bu mənbələrdən biri kimi romalıların əfsanəvi dastanlarını və Yupiterin hekayəsini göstərmək olar. Məşhur nəzəriyyəyə görə, öz sevgilisinin diqqətini cəlb etmək üçün o özünü qu quşu formasına salmışdır. Bu hadisə göstərir ki, latınların əsil əcdadı sayılan Ariya qəbilələrindən biri qu quşunu özünə totem seçmişdir. Sonralar, tədricən bu quş ilahiləşdirilmiş və nəticə e`tibarı ilə Yupiter hekayəsi formasına düşmüşdür. Firdovsinin “Şahnamə” əsərində də bu e`tiqadın müxtəlif yönlərini tapmaq olar. Bu əsərdə İranın müxtəlif tayfa və köçəri xalqlarının bayraqları haqda deyir: “ - İran şahının ordusunda xidmət edən hər bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi. Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s. heyvanlar təsvir olunmuşdu.

Eyni zamanda demək olar ki, hal-hazırda da müəyyən şəhər və ölkələrin simvolu kimi tanınan bə`zi rəsmlər, o cümlədən Almaniya və Amerikada qartal, Tailandda fil, Yaponiyada günəş, Şri-Lankada şir və s.-də totemlərə e`tiqadların qədim dövrlərdən mirasıdır. Bundan başqa, dünyanın müxtəlif yerlərində, eləcə də Avstraliyada, Amerika qitəsinin şimal və mərkəz bölgələrində, bə`zi Afrika ölkələrində totemizmə inanan, qədim dövrdə mövcud olan e`tiqadlardan bir çoxunun mədəniyyət və düşüncələrində qaldığı çoxsaylı primitiv qəbilələr həyat sürürlər. Hindistanda inəyə vəsfolunmaz hörmət və müqəddəsləşdirmə şübhəsiz ki, totemizm düşüncəsinin bariz nümunələrindəndir. Bir çox avam kütlələr və hətta bə`zi müsəlmanlar da ağaclardan, daşlardan və s.-dən kömək ummaq, onlara ehtiram göstərmək kimi hallar da gözə çarpır. Bu sahədə daha ətraflı və çoxsaylı nümunələri müasir dünya xalqlarının mövcud adət-ən`ənələrini araşdırmaq və totemist təfəkkürünü adət-ən`ənələrlə tutuşdurmaqla qalıqlarını müşahidə edərək, uyğun olduğunu görmək olar.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin