KATOLİK (CATHOLİC)
Katoliklik məsihi məzhəblərinin ən qədimidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, ortodoks məzhəbi 11-ci əsrdə, protestantlıq isə 16-cı əsrdə meydana gəlmişdir.
“Katolik” sözü lüğətdə «hərtərəfli» mə’nasındadır. Katoliklər öz kilsələrini bütün kilsələrin əsası və bünövrəsi hesab etdiklərinə, yalnız onların kilsələrinin həzrət Məsihin dininin həqiqi nümayəndəsi olduğuna və İsanın surətinin məsih kilsəsi olduğuna inandıqlarına görə, özlərinə belə bir ad seçmişlər. Katolik kilsələri Petrosi kilsələri də adlanırlar. Çünki katoliklərin inancına görə, onların əsasını qoyan Petros Həvari olmuşdur. Puls Rəsul da bir müddət o kilsənin rəhbərliyini öhdəsinə almışdır, buna görə də ona Rəsuli kilsələri də deyilir.
Katoliklər inanırlar ki, onların əqidələri xalis məsihiyyət ünvanı ilə tanınır və onların kilsələri sair kilsələr üçün bir mehvər, mərkəziyyət təşkil edir. Bu əqidənin formalaşmasında başqa bir məqsəd də Romanın sair məsihi təbliğat mərkəzlərinə nisbətən mərkəz olması idi.
Həzrət İsanın rəsullarının də’vətindən başlayaraq, İskəndəriyyədə, Yerusəlimdə, İntakiyyədə, Konistantinopolda və Romada yaranan beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi imperatorluğun mərkəzində yerləşdiyinə görə bu kilsə sair dörd kilsədən üstünlük qazandı. Hətta Konistantinopol kilsəsi yarandıqdan sonra Roma kilsələrinin üstün olmasına daha çox tə’kid olunurdu. Buna görə də Roma kilsələrinə bağlı olan və onun nəzarəti altında fəaliyyət göstərən katolik kilsələri özlərini sair kilsələr üçün mərkəz və mehvər hesab edirdilər.1
Roma kilsəsi qələbə çaldıqdan sonra, bu kilsənin böyük yepiskopu ehtiram və tə’zim əlaməti olaraq papa çağırıldı; kilsələrlə məsihi ardıcılları arasında baş verən ixtilaflarda müraciət yeri seçildi və onun rə’yi mütləq qəbul olunurdu.
Papanın ixtilaf və çəkişmələrin həll edilməsində, xüsusilə 2-4-cü əsrlərdə məsihi dünyasında baş verən əqidə ixtilaflarının həll olunmasındakı rolu, həmçinin rəsulların e’tiqadnaməsinin yazılması papanın və kilsə aparatının sair kilsələrə nisbətən öz mövqeyini gücləndirməsinə səbəb oldu. İmperatorluğun mərkəzi Konstantinopola köçdükdən sonra Romada papanın aparatı (hal-hazırdakı İtaliyanın mərkəzi olan Roma) öz iqtidarını məsihiyyət aləminin ruhani mərkəzi ünvanı ilə daha artıq aşkar etməyə və imperiyanın sair dini mərkəzlərinə qələbə çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra Romanın mərkəzi kilsəsi Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran katolik məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:
İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən qayda-qanunlarına riaəyət etmək.
Dostları ilə paylaş: |