İbtidai insanlar ölülərə, xüsusilə öz ulu babalarına xüsusi hörmət bəsləyirdilər. Bu kimi ehtiramlar bə`zi hallarda pərəstiş və sitayiş həddinə cəlib çatırdı. Onların e`tiqadına müvafiq olaraq, heç bir insan, hətta heç bir heyvan öldükdən sonra tamamilə məhv olub aradan getmir və ölümdən sonra onun ruhu əbədi qalaraq insanlar arasında dolanır. Ruhlar ölümdən sonra heyvanların, yaxud müxtəlif əşyaların vücuduna da daxil ola bilər. Bu e`tiqada əsasən ibtidai insanlar ölülərə hörmət qoyulması və onların ehtiramının qorunub saxlanılmasını özlərinə vacib hesab edir, ölülərinə əzab-əziyyət verilməsinə mane olurdular. Onlar inanırdılar ki, ölülərlə bağlı qadağalara riayət edilməməsi, onlara hörmətsizlik ölülər tərəfindən onlara əzab-əziyyət, çətinlik və bəla gəlməsinə səbəb ola bilər.