SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə64/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   60   61   62   63   64   65   66   67   ...   260

KARMA VƏ SAMSARA


Brahmanların inancında karma, əvvəllər də qeyd etdiyimiz kimi, insani əməl və rəftarın hasili, nəticəsidir. Belə ki, əgər bir şəxs yaxşı əməl sahibi olsa karma yaxşı, pis əməl sahibi olduqda isə karma əzab və bədxasiyyət, alçaq cinsdən olar. Karma həmçinin sonrakı həyatda şəxsin kasta ictimai təbəqələrində yüksəlişinə, yaxud enişinə səbəb olur. Ancaq, caynizm e’tiqadına görə karma, principcə ruhla qarışan maddi bir reallıqdır və ruh onu əhatə edir. Başqa sözlə desək, insanın əvvəlki həyatda əməl və rəftar tərzi onun hazırkı cizmini, yə’ni acivanı tə’yin edir və ruhu (civanı) öz əhatəsinə alır. Əgər bir şəxs xeyir əməl sahibi və düz adam olsa, günahlardan, çirkin və yaramaz işlərdən çəkinsə, onun karması sonrakı həyatında civasının daha yüngül və rahat aciva daxilinə keçməsinə, aciva tərəfindən daha az əzab-əziyyətə düşməsinə səbəb olur. Əksinə, çirkin işlər görüb günaha batarsa, əks mütanəsib şəkildə, sonrakı həyatında daha ağır və çətin acivadan əziyyət çəkir. Belə ki, həşarat, bitki, hətta cansız varlıqların timsalında heyvani dünya səviyyəsinə düşməsi, bu halda onun civasının daha əzablı və daha çətin olması da mümkündür. Bu vəziyyət yenidən insani həyat səviyyəsinə yüksəlmək üçün min illərlə davam edə bilər.

Bu izahda da caynizmin həm karmanın yozumunun və həm də samsara barəsindəki baxışlarının brahman ayinindən tam fərqləndiyi görünür. Caynizm ayinində ruhun (civanın) yüksələn xətlə inkişaf yolunda tənasüxdən xilas olub nicat tapması mümkündür. Tənəzzülə doğru olan hərəkətdə də ruh insanlıq miqyasından çıxaraq heyvan, bitki hətta cansız varlıq səviyyəsinə enə bilər. Brahmanizmdə isə hər iki tərəfdən məhdudiyyət vardır, yə’ni insan inkişaf yolunda yalnız brahman təbəqəsinin mə’nəvi məqamına yüksələ bilər; tənəzzülə gedən yolda isə insan ictimai quruluşun dördüncü təbəqəsi səviyyəsinə, yə’ni şudralarin və ən çoxu paryaların səviyyəsinə enər.


MUKŞA


Qeyd olunduğu kimi caynizm də mukşa bütün maddi və mə’nəvi asılılıqlardan tamamilə azad olmağa deyilir. Yalnız belə olan halda insan tənasüxün, davamlı doğum və ölümlərin əzabından xilas olaraq əbədi qələbəyə və qurtuluşa nail ola bilər. Deməli, caynizm ilə brahmanın fərqi qurtuluş və ardıcıl doğumlardan xilas olmaq məsələsindədir və caynizmə görə bu böyük çətinliklərlə və asketizmə dözməklə mümkün ola bilər. Brahman ayinində isə tənasüxdən qurtulmaq və xilas olmaq prinsipcə mümkün deyildir. Bununla belə aşağı təbəqələrdəki həyatın çətinliyindən, bu təbəqənin vəzifələrini yerinə yetirməklə və yaxşı işlər görməklə xilas olmaq olar; sonrakı doğulmalarda daha yüksək təbəqəyə mənsub olan şəxsin cismində zühur etmək olar. Belə olan təqdirdə daha rahat və yaxşı həyatdan, daha çox sosial imkan və nüfuzdan faydalanmaq mümkündür.

Caynizm ardıcılları insanın əzab-əziyyətinin səbəbini civanın acivadakı həbsində gördüklərinə görə, nicat tapmaq və mukşaya çatmaqdan, ruhun azad və xilas olması üçün bu hasarın uçurulmasını labüd hesab edirlər. Bu hasarın uçurdulması üçün isə insanın bütün duyğu, emosiya və istəklərdən uzaqlaşmasından, maddi aləmlə heç bir formada əlaqə və bağlılığın olmamasından başqa yol yoxdur. Bu məqsədə çatmaq istəyən rahib və yoqalar heç bir şeyə ikrah və ya məhəbbət bəsləməməlidir; heç bir şeydən sevinməməli, yaxud kədərlənməməlidir; istidən və ya soyuqdan ləzzət və ya narahatlıq keçirməməlidir; aclıq və susuzluq, xeyir və şər, yaxşı və ya pis qoxu, qorxu və ümid və s. qarşısında heç bir hiss duymamalıdır.

Əslində, insan bütün proseslər, meyl və istəklər qarşısında donuq bir halətə malik olmalıdır. Çünki, bu dünyanın hər hansı bir hadisə və varlığa nisbətdə baş verən azacıq emosional dəyişiklik və hisslər civa, yə’ni fərdi ruhun maddi aləmlə əlaqə qurmasına səbəb olmaqla qurtuluşa mane olur və bir daha maddi aləmə qayıtmaqla nəticələnir. Şübhəsiz, orada onu daha çətin və əzablı dövr gözləyir.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin