SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə67/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   63   64   65   66   67   68   69   70   ...   260

SUALLAR


1. Budda nicat və qurtuluşa çatmaq üçün hansı yolları keçdi?

2. Buddaya görə insanların əzab-əziyyətlərinin əsas amili nədir?

3. Budda əzab-əziyyətdən və möhnətdən xilas olmaq üçün hansı yolu təklif edir?

4. Budda və caynizm arasında hansı oxşar və fərqli xüsusiyyətlər var?


ON DÖRDÜNCÜ DƏRS


BUDDİZM (2)

ƏQİDƏLƏRİ


Keçən dərsdə qeyd olundu ki, buddizm əqidə və tə’limlərinin əsasları həyati çətinliklərə, ondan xilas olma yollarına aiddir. Bu dərsdə bir daha həmin məsələni araşdırırıq.

Buddanın özü tənasüxdən, ardıcıl doğulmalardan xilas olmaq, dünyəvi əzab-əziyyətlərdən qurtarmaq üçün uzun-uzadı və üzücü asketizmə üz tutmuş, qurtuluş mərhələsinə nail olduqdan sonra öz ayinini təbliğ edib yaymağa başlamışdır. O, bütün zəhmət və sə`ylərini insanın əzab-əziyyətlərinin səbəbini və bundan qurtuluş yollarını öz ardıcıllarına açıqlayıb izah etməyə çalışırdı. Buna görə də buddizm tə’limlərinə hakim olan ruh, kəlami və fəlsəfi olmaqdan daha çox psixoloji və əxlaqidir.

Buddanın tə’lim verdiyi ilk qrup əvvəl ondan ayrılan, lakin nirvanaya qovuşduqdan sonra Buddaya qoşularaq onun şagird və müridlərindən olan 5 rahib olmuşdur. Budda onlara xitab edərək deyərdi: “ - Qulaqlarınızı açıb eşidin ey rahiblər! Ölümdən xilas yolu tapılmışdır. Bunu mən sizə öyrədəcəyəm.” Sonra dörd ali həqiqəti onlar üçün şərh etmişdir. Bu dörd ali həqiqət əslində onun dəfələrlə ardıcıllarına izah etmiş olduğu buddizmin əsas ideoloji prinsiplərini təşkil edirdi. O, rahiblərə müraciətində bu dörd prinsipi belə bəyan edir:

1. Ey rahiblər! Ümumbəşəri əzab-əziyyətin ali həqiqəti budur: doğulmaq doğrudan da əzabdır, qocalıq əzabdır, xəstəlik əzabdır, ölüm əzabdır, xoşagəlməz şeylərlə birgə olmaq əzabdır, xoşa gələn şeylərdən uzaqlaşmaq əzabdır, arzulara çatmamaq əzabdır. Bir sözlə - dünyaya bağlılıq əzabdır.”


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin