QIRXINCI DƏRS
YƏHUDİ AYİNLƏRİ VƏ İXTİLAFLARI
Yəhudilər
mütəmadi olaraq, öz dini qayda-qanunlarını müxtəlif ehtiyac və
maraqlarına görə dəyişdirirdilər. Tövratda qurbanlıq mərasiminin yerinə yetirilməsi
və hədiyyələrin təqdim olunması üslubu şərh olunur; Bəni-İsrail Fələstində yerləşib
Yerusəlimdəki mə'bədi tikdikləri vaxtdan e'tibarən öz ibadi ayinlərini həyata
keçirmək üçün xüsusi qayda-qanunlar düzəltmişdilər. Buna əsasən yəhudi qövmü
arasında ibadət ayinlərinin əsas meyarı Yerusəlimdəki mə'bədin qayda-qanunlarıdır.
Amma əvvəlki
dərsdə də qeyd olunduğu kimi, Yerusəlimdəki mə'bəd Dan və İl
mə'bədləri kimi rəqiblərə malik idi ki, Yərüb'an Davudun səltənətini zəiflətmək və
Yerusəlimdəki mə'bədin mərkəzləşməsinin qarşısını almaq üçün tikilmişdi.
Yərüb'an Bəni-İsraildən bir qurupunu öz mə'bədlərinə göndərdi və orada danaya
sitayiş etməyin əsasını qoydu. İl və Dan mə'bədlərinin oxşarı olan mə'bədlər Cinkat
və Be'ri Şəb'ə şəhərlərində də mövcuddur.
Qurbanlıq mərasimlərinin yerinə yetirilməsi və Allahın hüzuruna hədiyyələrin əta
olunması mərasiminin dəqiq üslubu Sifri-xurucda
və Sifri-laviyanda müfəssəl
şəkildə şərh edilmişdir. Bu hədiyyələrdən bə'zi növləri yandırılmaq üçün idi və
onları verərkən Allaha həmd və təqdis nəzərdə tutulur. Onlardan bə'ziləri isə sülh və
əmin-amanlıq üçün idi ki, onları verməklə, Allahla olan bağlılıq
və rabitələr bir növ
möhkəmlənirdi. Günah hədiyyələri də xəta və səhvlərin bağışlanması üçün təqdim
olunurdu; nəhayət, bə'zi fərdlərin (kafirlərin) təqsirləri üçün də bə'zi köməklik və
qurbanlıqlar edilirdi ki, günahkarları onların cəzalandırılmasından azad etsin. Bu
hədiyyələrin hamısı ya heyvanların qurban kəsilməsi, yaxud da kömək və sair
hədiyyələr təqdim edilməklə olurdu. Qeyd olunan hədiyyələr göyərtilər, içməlilər,
mə'bədin ətirləri
və həmçinin sair hədiyyələr, o cümlədən məhsulun ilkin
toplanması, nübar meyvələr, heyvan sürüsünün ilk doğulan balası, mal-dövlətdən
olan vergilər (onda bir) və s. vergilər qərara alınmışdır. Bu hədiyyə və köməklərin
hər birinin xüsusi təqdimat mərasimi var idi ki, müqəddəs kitabda incəliklərinə qədər
bəyan
olunmuşdur; onlar həmin tərtiblə də yerinə yetirilməli idi.
Yerusəlim mə'bədlərinin rövnəqləndiyi zamana qədər bu mərasimlərin hamısı
bütün incəliklərinə qədər icra olunurdu. Amma bu mərkəz Romalılar tərəfindən
dağıdıldıqdan sonra yəhudi mə'bədlərində və ibadi ayinlərində müəyyən
dəyişikliklər baş verdi; kənisalar qədim mə'bədlərin yerini tutdu. Dua, razi-niyaz,
Tövratın oxunması da qurbanlıq mərasiminin yerini tutdu. Kənisalar həqiqətdə
yəhudi şəxslərin toplanış yeri idi ki, orada ibadət mərasimlərini sadə şəkildə bərqərar
edirdilər. İbadətdə olan bu mərasimlər dua, dini nəğmələrin oxunması və Tövratın
tilavət
edilməsi ilə xülasələnirdi; bu kimi yerlər əlavə olaraq, dini 202
203
hökmlərin və əqidələrin tə'lim verilməsi üçün də mərkəz sayılırdı. Əlbəttə,
kənisalarda ibadət mərasimlərinin icra olunma qaydasında müxtəlif yəhudi
cərəyanları arasında ixtilaf mövcuddur. Amma qədim yəhudilərin kənisalarında
Tövrat hələ də qədim ibri dilində oxunur, qadınlarla kişilərin yeri bir-birindən ayrı
saxlanır, dua və münacatlar da klassik formada icra olunur. İslahata meyl edən
kənisalarda
isə bunun əksinə olaraq, ibri dilindən çox az istifadə olunur, dua və
münacatların icra olunmasında, ibadi mərasimlərdə rəqqasəlikdən və musiqidən
istifadə olunur.
Əlbəttə kənisalar də tədricən
öz əhəmiyyətini itirmişdi; çünki yəhudilər öz dini
mərasimlərinin və adət-ən'ənlərinin bir qismini ailəvi şəkildə mənzillərdə yerinə
yetirir, yalnız kütləvi şəkildə yerinə yetirilən mərasimlər üçün kənisaya gedir və
mərasimin ardını yenidən evlərində davam etdirirlər.
Dostları ilə paylaş: