«Bakirə bir qız hamilə olub dünyaya bir oğlan uşağı gətirəcəkdir ki, Əmanuyil [yə'ni, Allah bizimlə] adlandırılacaqdır». Yusif yuxudan ayıldı və mələyin göstərişinə əməl edərək Məryəmi öz evinə gətirdi.
Amma Məryəm öz oğlunu dünyaya gətirən zamana qədər onunla yaxınlıq etmədi və
oğlanın adını İsa qoydu Muka İncilinin birinci və ikinci bablarında da həzrət İsa (ə)-
ın təvəllüdü bəyan edilir. İsa (ə) İncilin rəvayətlərinə əsasən, 30 yaşında İordaniya
çayında Yəhyanın əli ilə tə'mid qüslu etdi və sudan çıxandan sonra peyğəmbərliyə
seçildi. Markos İncilində belə oxuyuruq: «Bu zaman İsa Cəlil nasirəsindən gəldi və
İordaniya çayında Yəhyadan tə'mid aldı. İsa sudan çıxan zaman gördü ki, asiman
yarılıb və Ruhul-qudus göyərçin surətində ona tərəf nazil oldu və asimandan bir avaz
eşitdi ki: Sən mənim əziz oğlumsan, səndən razıyam. Dərhal Allahın ruhu onu
çöllərə apardı. Qırx gün çöllərdə qaldı, şeytan onu vəsvəsə edirdi. İsa vəhşi
heyvanların arasında idi və mələklər ona xidmət edirdi». İsa (ə) qırx günlük
müddətdən sonra Kəfər Nahuma gedir və camaata tə'lim və
233
moizəni başlayır. Dördlük təşkil edən İncillərin başqa yerində İsanın mö'cüzələrinə
ümumi halda çoxlu diqqət yetirilmişdir.
Gələcək dərslərdə İsanın tə'limləri və məsihilik əqidəsini araşdıracağıq.
SUAL VƏ TAPŞIRIQLAR 1. Həzrət Məryəm hansı şəkildə ilahi nişanə kimi tanınır?
2. Qur'ani-Kərim həzrət Məryəmi necə təqdim edir?
3. Qur'an və İncil nöqteyi-nəzərindən həzrət İsa (ə)-ın təvəllüdünün necəliyini bəyan
edin.
4. İncil nöqteyi-nəzərindən İsa (ə) peyğəmbərliyə necə seçilib?
Qur'an ayələrindən istifadə edərək həzrət Məryəmin təvəllüd gününü bəyan edin. Həzrət
İsa (ə)-ın mö'cüzələrini sadalayın.