33
yerləşən Aloneziya arxipelaqında yaşayan yerli əhalinin işlətdiyi xüsusi bir sözdür.
Bu e'tiqadın oxşarı, yaxud eynilə özü dünyanın digər ölkələrində olan qədim dinlər
arasında da müşahidə olunduğundan, etnoqraflar tabu ifadəsini bütün oxşar e'tiqadlar
üçün də istifadə edirlər.
Səhra və çöllərdə yaşayan qəbilələrin əksəriyyətində tayfa başçısı tabunun bariz
nümunələrindən hesab olunur. O, qəbiləyə rəhbərlik etmək qüdrətinə malik olana
qədər qəbilə üzvləri onun elə bir qeybi, sirli qüdrətə malik olduğuna inanırdılar ki,
hətta onun bədəninə, paltarına və yaxud vəsaitlərinə, xalça-palazına, ayağının izinə
əl vurmağı belə təhlükəli hesab edirdilər. Belə güman edirdilər ki,
bu günahlar
törədənlərin həyatına qeybdən təhlükələr yaradacaq. Buna görə də, günahın kəffarəsi
kimi yaxşı iş görmək lazımdır.
Bu qəbilələrdə tabuların sayı-hesabı yoxdur. Cənazə, ovçu, balıqçı, əsgər, uşaq,
həddi-büluğa çatmaqda olan qız və ya oğlan, hətta bə'zi işlər, o cümlədən müəyyən
sözləri demək, yaxud bə'zi məkanlara daxil olmaq da tabu sayılır və onlardan uzaq
gəzmək vacib hesab edilirdi.
“Tabu” sözü totemizm ayininin xüsusi əməl və qaydaları barəsində də işlədilir. Bu
qayda və əməllərin iki növü var:
1. Ləğv edilmiş;
2. Lazımi əməllər.
Əməllərin bu şəkildə bölgüsü bir növ İslam dininin vacib və haramlar təsnifatına
bənzəyir. Totemizm ayinində ləğv edilmiş ədəb və əməllərin ən mühümü
aşağıdakılardır:
Qəbilənin totemi hesab olunan heyvanları öldürmək, ətini yemək, totem əşya və
bitkilərə hörmətsizlik etmək, hətta onlara toxunmaq və baxmaq. Misal üçün, totemi
inək olan qəbilələr onun ətini yeməkdən çəkinməlidir. Amma qəbilə üzvləri xüsusi
ayin və mərasimlər keçirərkən öz totemlərinə qovuşmaq üçün təntənəli ritualla onun
ətindən yemələri kimi xüsusi hallar istisna olunur.
Ləğv olunan inkari əməllərdən biri də toteməri bir olmayan qəbilənin qızları ilə
evlənməkdir. Dini bayram sayılan günlərdə işləmək, yaxud bir şey yemək də eyni
qayda ilə haram sayılırdı.
İndi isə Avstraliyanın bə'zi primitiv qəbilələri arasında geniş yayılmış
totemist
mərasimlərinin bir nümunəsini şərh edirik:
Bu qəbilələrin insanları təzə həddi-büluğa çatmış bir şəxsi üzvlüyə, yaxud qəbiləyə
və totemist dəstəyə qəbul etmək istəsələr, əvvəlcə onu müəyyən bir müddət tərki-
dünya həyat sürməyə, qadınlarla və hələlik totemizm ayinini qəbul etməyən şəxslərlə
görüşməkdən çəkinməyə vadar edirlər. Belə hallarda onun meşələrdə özünə
sığınacaq seçməsi daha məqsədəuyğun hesab olunur. Bu halda xörəklərin
əksəriyyəti ona haram sayılır, halal olanlar da ya xüsusi
şəxslər vasitəsilə onun
ağzına qoyulmalı, yaxud özü acından ölməyin qarşısını alacaq miqdarda yeməlidir.
Təzə həddi-büluğa çatmış oğlan uşağı məşəqqətli ruhi məşğələlərlə müşaiyət
olunan bu ağır dövrü keçdikdən sonra pak, xalis və mə'nəvi bir halda asketik həyat
tərzindən çıxır və bundan sonra dini mərasimlərdə iştirak etməyə icazə alır.
“İntişiyuma” əslində totemizmin ən əsas ayini kimi qeyd olunan mərasimlərdəndir.
Bu ayin ilk baharda və yağışlar yağmağa başlayan zaman təntənəli və böyük bir
bayram kimi keçirilir. Mərasimdə qəbilənin bütün üzvləri daşlı,
kələ-kötür bir
yamaca yığılır, tam çılpaq halda oynayıb rəqs etməyə, var gücləri ilə ayaqlarını
döyəcləməyə və atılıb-düşməyə başlayırlar. Onlar müəyyən mahnılar oxuyur və
həmin halda güllərin tozlarını havaya səpirlər. Onların inancına görə bu əməl əkin-
səpinin bərəkətinin çoxalmasına, onların nəslinin artmasına səbəb olur. Bu mərasimi
yerinə yetirdikdən sonra qəbilənin bütün üzvləri totem sandıqları
müqəddəs
heyvanın ətini yemək üçün bir yerə yığışır və bununla da, öz ulu babalarının ruhu
hesab etdikləri totem ilə birləşməyi mümkün sayırlar. Qəbilə üzvləri bu mərasimlə
öz ulu babalarına qarşı olan sədaqət, vəfadarlıq və həmrəyliklərini nümayiş etdirirlər.
Qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, totemizmdə qəbilənin ulu
babası qəbilə üzvlərinin əsli vücudu və kökü hesab olunur. Qəbilənin ulu babası
öldükdən sonra ruhunun qəbilənin totemi şəklində zühur etdiyinə görə, o da
müqəddəsləşdirilərək sitayiş olunur. Ancaq, məşhur sosioloq Emil Durkim bu
fikirdədir ki, totemistlər totemə pərəstiş və onun fövqəladə
qüdrətinə inanmaqla
yanaşı bütün dünyada tə'siri olan yeganə yaradan və yox edən qüvvəyə də e'tiqad
bəsləyirlər. Totemlər bütün bu qüdrətlərdən məhrumdurlar. Dünya səviyyəli bu
qüdrətli güc totemlərdə də təcəssüm olunmasına baxmayaraq, dünyanın bütün başqa
varlıqlarında mövcuddur. Əlbəttə, varlıqlardan heç biri ilə eyni deyil, bu qüvvə əzəli
və əbədi olmuş, totemlərin yaranmasından əvvəl
və onlardan sonra da mövcud
olmuşdur.
Dostları ilə paylaş: