39
görülmüşdür. Belə ki, onlar üçün daha artıq həyati dəyərə malik olan hər bir təzahürə
daha çox pərəstiş və hörmət olunurdu. Misal üçün, Avropanın şimalındakı meşə
zolaqlarında ağaclar müqəddəs sanılır və onlara sitayiş edilirdi. Çünki, yerli camaatın
ehtiyac və güzaranı ağacları kəsib satmaqla tə'min olunurdu. Onlar böyük gövdəli və
uzun ömürlü ağacları qırarkən dodaqlarının altında sanki bağışlanmalarına zəmanət
verəcək xüsusi duaları züm-zümə edirdilər. Buna əks olan hallar da var idi. Torpağın
və əkinin məhsuldarlığı yalnız yağışdan asılı olan quraqlıq səhra sakinləri daha çox
səmaya və buluda ehtiram qoyurdular.
Bunun ən yaxşı sübutu müxtəlif məntəqələrdə yaşayan insanların səmavi ruhların
razılığını əldə etmək və yağış istəmək məqsədi ilə keçirdikləri ibadət mərasimləridir.
Müasir dövrdə də svilizasiyalı xalqlar və səmavi dinlərin ardıcılları arasında belə
əqidə və ideyalar üçün zəminələr müəyyən qədər nəzərə çarpır. Necə ki,
neçə əsr
bundan əvvəl insanların əsas qida rasionunu təşkil edən çörək və buğda indinin
özündə də təkallahlı din ardıcılları arasında ilahinin digər ne'mətlərlə
müqayisədə
daha çox ehtirama malikdir. Onu murdarlamaq, ayaq altına salmaq, zibillə birlikdə
atmaq və s. işlər günah sayılır. Əgər yolun kənarında bir tikə çörək görərlərsə, dərhal
onu yerdən götürərək öpür və əldəyməz bir yerə qoyurlar.
Cahiliyyət dövründə ərəblər bütləri bə'zən xurmadan düzəldirdilər. Çünki, bu
məhsul bolluğuna görə ərəblərin ən əsas qida maddəsi hesab olunurdu. Ərəblər
xurmanı
bütə çevirməklə, ona sitayiş və müqəddəsləşməsinə zəmin yaradırdılar.
Dostları ilə paylaş: