83
“ - Belə nəfsani əziyyət və cismin tərk olunması son nəticədə məni məqsədə
çatdırmadı. Artıq cismimin ruhumu daşımağa taqəti yoxdur, ona azacıq yeməklə
qüvvə verməliyəm.”
Buna görə də dilənçi bir kasası götürərək və yemək dilənmək üçün yola düşür.
Onunla yoldaş olan rahiblər bu vəziyyəti gördükdə onun yoldan azdığını, nəfsani
istəklərə giriftar olduğunu təsəvvür edərək ondan ayrılırlar. Siddharhta bu mərhələdə
dərin düşüncələrdən sonra belə bir nəticəyə gəlir ki,
nicat və qurtuluşa çatmaq
yolunda ən böyük sədd, maneə və insanın bütün bədbəxtliklərinin səbəbi onun
nəfsani istəkləridir. İnsanı kamal və qurtuluş yolundan uğursuzluğa, məğlubiyyətlərə
sapdıran da bu meyllər və həvayi-nəfsdir. Buna görə
də nəfsani istəklərdən azad
olmaq üçün mütləq təslimçilik və razılığa üz tutmalı, insanın nəzərində şadlıq və
kədər, əzab-əziyyət və ləzzət eyni olmalıdır. O, bu həqiqəti tapdıqdan sonra artıq öz
məqsədinə çatdığını, fəna mənzilinə - nirvanaya nail olduğunu hiss edir. Bundan
sonra onu “budda”, yə'ni “elm nuru ilə parlayan” adlandırdılar və bu ad onun,
bünövrəsini qoyduğu məktəb və dində də qalmışdır.
Budda həqiqət axtarışları dövrünü dörd prinsip əsasında və həqiqət prinsipləri adı
ilə təqdim etmişdir:
Birincisi, hər bir varlıq və vücud dərd və əzab-əziyyətlə çuğlaşıb. İkincisi, bütün
əzab-əziyyətlərin səbəbi nəfsani istəklərə və həvayi-həvəslərə yönəlməkdir. Bu
tələbat isə zatən heç vaxt tə'min olunmaz.
Üçüncüsü, bu meylləri və nəfsani arzuları
yatırtmaqla bütün ağrı-acılara məlhəm qoyulacaqdır. Dördüncüsü, istəkləri
neytrallaşdırmaq, əzab-əziyyətlərə son qoymaq üçün mö'tədil
bir yol seçmək
lazımdır (Nə sırf təfəkkür və düşüncə, nə də tam asketizm və rahiblik yolu).
Bu mö'tədil mövqenin özü də səkkiz ünsür və ya mərhələdən ibarətdir:
Düzgün iman, düzgün düşüncə, düzgün danışıq,
düzgün əməl, düzgün yaşayış,
düzgün sə'y, düzgün diqqət, düzgün müraqibə.
Budda bu barədə belə deyir: “ - Mənim bu dörd müqəddəs və kamil həqiqətin hər
biri barədə bilik və görüşlərim kamilləşən kimi nə asimanlarda, nə də yerdə ondan
irəliyə gedilməyən üstün bir elmə yiyələndiyimə əmin oldum. İndi azadlıq mənim
qəlbimdə kök salaraq möhkəmlənib. Bu mənim yekun vücudumdur. Mən yenidən
dünyaya gəlməyəcəyəm.”
Beləliklə, Budda tənasüx (samsara) və davamlı doğumlardan fərqli bir şey olan
həqiqəti kəşf etdiyinə əmin oldu. Buna görə də o, özünü əzab-əziyyətlərdən,
vəhşətlərdən xilas olmuş görür və nirvanaya qovuşmuş sayırdı.
Bundan sonra Budda öz ayinini təbliğ etmək və camaatı ona də'vət etmək qərarına
gəlir. Bu din ədalətsizlik və brahmanın sinfi quruluşu
rədd etdiyindən caynizmin
dözülməz asketizminə də icazə verilmədiyindən, digər tərəfdən tənasüx problemini
həll etdiyi iddiasında olduğundan Hindistan cəmiyyəti tərəfindən geniş müdafiə
olunaraq sür'ətlə yayıldı. Budda o dövrdə tezliklə öz ətrafında çoxlu ardıcıl toplaya
bildi. Əvvəllər şagirdləri moizəsinə qulaq asmaq üçün ətrafına
84
toplaşırdılar. Bir müddətdən sonra isə uzaq məntəqələrdə yaşayan camaat da onun
moizələrini eşitmək istədiklərinə görə o, öz şagirdlərini
moizə üçün müxtəlif
məntəqələrə göndərməyə başladı. Yavaş-yavaş onun ardıcılları və müridlərinin sayı
artmağa başladı; Budda onlar üçün “singə” adlanan monastırlar açdı. Bu
monastırlarda nizam-intizam yaratmaq üçün bir sıra qanunlar müəyyən edildi və
hamı bu qanunlar qarşısında bərabər idi. Həmin qanunlar aşağıdakılardan ibarət
olmuşdur:
Sarı paltar geymək, saçı və saqqalı qırxmaq, əlinə dilənçi kasası almaq, müəyyən
bir saatda sükuta qərq olmaq (meditasiya), müraqibə və təfəkkürlə məşğul olmaq,
aşağıdakı məzmunda olan bir zikri təkrarlamaq:
“ - Mən Buddaya qovuşuram və
Dostları ilə paylaş: