faydasızdır; çünki ruh bu dünyada paklaşmasa, hökmən sonrakı tənasüxlərdə
yenidən doğulacaq və sonrakı həyatda məşəqqəti davam edəcəkdir.” Buna görə də
o, əzab-əziyyətdən qurtarmağın yeganə yolunu daxili və ruhi paklaşmada görürdü.
Belə olan halda insanın şadlıq, asayiş sahilinə çatmasını mümkün hesab edirdi.
Buddistlərin müqəddəs kitabı “Damapada” qəm-qüssənin, dünyaya bağlılıq və
asılılığın əsas amili hesab olunmaqla asılılıqlardan yaxa qurtarmağın mütləq
sevincin rəhni olduğu göstərilir. “ - Qəm-qüssə də, qorxu da sevinc və şadlıqdan
yaranır. Hər kəs şadlıqlardan xilas ola bilsə, qəm-qüssənin əsarətində olmasa
qorxu nədən yaranar?”, “ - Dünyaya yuxulardakı bir köpük və ilğım kimi bax;
ölüm mələyi dünyaya belə bir nəzərlə baxan şəxsi görməz”, “ - O kəsi həqiqi
brahman hesab edirəm ki, samsaranın və əhrimənin kələ-kötürlü yolunu keçmiş
olsun, bu dünyanı, onun əbəs işlərini adlayıb sonuna çatsın və onun sahilinə
qədəm qoysun. İstək və meyllərin əsarətindən xilas olub diqqət məqamına çatsın;
şəkk-şübhədən azad olsun, varlıq əsarətindən qurtarsın və ruhi sakitlitk
qazansın.” Bunun ardınca deyilir: “ - Əsil şadlıqda hər bir düşmənçilikdən uzaq
asayişdəyik. Bu düşmənçilik dünyasında kin-küdurətli camaatın arasında kinimiz
yoxdur. Əsil şadlıq və asayişdəyik; xəstələr arasında sağlamıq, xəstəliklər içrə heç
bir xəstəliyimiz yoxdur. Əsil şadlıqda və asayişdəyik; əzab-əziyyət çəkənlərin qəm-
qüssəsindən azadıq, əzab çəkənlərin arasında heç bir kədərimiz yoxdur. Şadlıq və
sevincə heç bir bağlılıqları olmayan mütləq şadlıqla həyat sürə bilər...”
Budda insanın əsas çətinliklərinin fəlsəfi və nəzəri bəhslərdə deyil, idrak və
hisslərdə görür. O deyir: “ - İnsan bütün sə'y və bacarığını istəklərinə, şəhvət və
ehtiraslarını dərk edib onlara hakim kəsilmək üçün sərf etməlidir. Çünki insanın
həqiqi xeyir və mənfəəti də bu işlərdədir.” Bu barədə deyir: “ - Mən nə haqda
danışmışam? Mən bədbəxtlik və ehtiyac barədə danışmışam. Bədbəxtliyin
mənşəyini izah etmişəm. Nikbətli aqibət barəsində danışmışam, eləcə də
ümumbəşəri bədbəxtlik, nikbət və yoxsulluğa son qoyan iman barədə izah vermişəm.
Nə üçün məhz bu məsələləri önə çəkmişəm? Çünki fayda yalnız bunlardadır. Bunlar
dinin əsas bünövrələridir, insanı dərd, əzab və məşəqqətlərdən nicat və mütləq ağıl
və nirvana yoluna yönəldər.” Sonra deyir: “ - Mən aləmin qədimliyi, dünyanın əzəli
olması barədə izah, varlığın məhdud və ya qeyri-məhdud olması haqda heç bir şərh
verməmiş, ruhla cismin vəhdəti, kamal mərhələsinə çatdıqdan sonra onun əbədi
qalması barədə heç bir şey deməmişəm. Kamil insanın ölümdən sonra qalması və ya
məhvi barədə söhbət açmamışam. Çünki bu kimi bəhslər dinin əsası deyildir.”
88
Bu məsələləri qaldırmaqla Budda əslində öz e'tiqad və təfəkkürünün əsas
prinsiplərini təqdim etmişdir. O, öz əqidəsinə görə dinin əsaslarına aid etmədiyi
mövzu və bəhslərdən yan keçərək onlara heç bir münasibət bildirməmişdir. Buna
görə də əzab-əziyyətdən xilas olaraq kamal və qurtuluşa çatmaq üçün Buddanın
təklif etdiyi yol və metod da - yuxarıda göstərilən mövzu və məsələləri öyrəndikdən
sonra - nəfsin təmizlənməsi, bütün maddi-şəhvani-nəfsi istəklərdən çəkinməyə
əsaslanır.
Əlbəttə, Budda bütün bu məsələlərdə ədalətə riayət olunmasını əsas şərt hesab edir
(bu bəhs sonrakı dərsdə araşdırılacaq). Onun fikrincə, fəlsəfi bəhslərlə məşğul olmaq
əbəs və bihudə bir işdir, onlardan mümkün qədər çəkinmək lazımdır. Onun ayini də
bu kimi məsələlərdə bitərəf mövqe tutur. Buddanın hindlilərin diqqət və maraq
göstərdikləri bə'zi e'tiqadlara, o cümlədən mə'budlara e'tiqad, mə'budlar üçün
qurbanlıq kəsmək, razi-niyaz edib onların qarşısında ibadət etmək kimi məsələlərə
diqqət yetirməyib susması təəssübkeş hindusların Buddanı dinsizlikdə ittiham
etməsinə səbəb oldu. Bununla belə, onun doğrudan da allaha və mə'budlara
inanmaması, yaxud imanlı bir şəxs olması namə'lumdur.
İzah edilməli olan məqam budur ki, bə'zi dinşünaslar, o cümlədən Radha Krişnan
ümumiyyətlə Buddanın kamil bir dinin əsasını qoymaq fikrində olmadığını; onun
qəlbini narahat edən məsələnin yalnız insanların qarşılaşdıqları çətinliklər, əzab-
əziyyət və bunlardan çıxış yolu olması qənaətindədirlər. Buna görə də zahidlik,
dünyəvi bağlılıqlardan çəkinmə, nəfslə mübarizə və düşüncəyə əsaslanan bir ayin
yaratmışdır. Sonralar ardıcıllarının çoxalması və inkişaf edib genişlənməsi
nəticəsində müasir buddistlərin mə'bədi sayılan “təfəkkür və müraqibə” monastırları
tikilmiş, bu ayinə bə'zi əxlaq normaları və prinsiplər əlavə edilmiş və tədricən
müəyyən bir din formasını almışdır. Bu baxımdan, böyük dinlərdə araşdırılan
dinlərin mövqelərinin açıqlandığı bir çox məsələlərdən Budda ayinində bəhs
olunmur. Buddizmdə allaha, ölümdən sonrakı dünyaya inanıb-inanmamaq,
istəklərin vahid allahdan, yaxud çoxsaylı mə'budlardan dilənməsi, razi-niyaz etmək
və s. məsələlərdən sükutla keçmişdir. Hətta, Buddanın söylədiyi söz və yozumu onun
qeyd olunan məqamlara riayət etməməsini xatırladır. Misal olaraq onun öz
çıxışlarının birində Allahı görmədiyi halda onun barəsində danışan şəxsi məsxərəyə
qoyduğunu göstərmək olar. Budda elə insanları öz mə'şuqunun eşqində qərq olan,
amma onun kim olduğunu bilməyən bir aşiqə bənzədir. Məhz bu kimi ifadələrə görə
müasirləri olan brahmanlar onu dinsizlik və mürtədlikdə ittiham etmişlər. Əlbəttə,
Buddanın qeyd etdiyi tə'birləri irfani baxımdan əsaslandırmaq olar. Çünki,
müsəlman ariflər də öz kəlamlarında bu kimi ifadələrdən istifadə etmişlər. Ancaq,
bilmək lazımdır ki, İslam irfanı ilə buddizmin fərqi yuxarıdakı məsələ barədə İslam
irfanının “haqqın görünməsi”ndən söz olaraq Allahı çağıran, ancaq, Onu şühud
etməyən şəxsi etdiyi halda buddizm bu məsələnin üstündən sükutla keçmiş və Tanrı
barədə danışmağı öz səlahiyyəti çərçivəsində bilməmişdir.
89
Digər tərəfdən, buddizmin allah məsələsinə diqqət yetirməməsi əvvəla, Buddanın
ardıcıllarının ondan sonra bu məsələ barədə dərindən düşünmələrinə və allaha
qovuşmaq üçün yol axtarmaqlarına səbəb oldu. Bu arada onlardan bir qrupu
Buddanın ümumiyyətlə insan deyil, fövqəlinsan olması nəzəriyyəsinə meyl etdi.
Buna görə də ona ilahi sifətlər aid edib sitayiş predmetinə çevirdilər. Bu e'tiqada
əsasən Budda qədim varlıq, mütləq bilik, mütləq elm, mə'budların və bəşəriyyətin
xilaskarı kimi təqdim olunurdu. Müasir buddist mə'bədlərində Buddanın çoxsaylı
heykəlləri sair şərq dinlərində, o cümlədən hinduizmdə mövcud olan mə'budları,
bütləri əvəz etmiş və onun ardıcılları öz dini rituallarını həmin heykəllərin qarşısında
yerinə yetirirlər.
Dostları ilə paylaş: |