119
verən güclü müharibələrdən sonra kşatryaları məğlub edir və brahmanların
hakimiyyətini möhkəmləndirir. Yeddinci dəfə o, yenə Rama surətində zahir olaraq
vəzifə, kamal, şəriət və haqq simvoluna çevrilir. Səkkizinci dəfə isə Krişna surətində
zahir olur. Krişna məhəbbət, xoşbəxtlik simvolu, qəm-qüssəni məhv edəndir.
Nəhayət, Vişnu doqquzuncu dəfə zühur etdikdə “Qautama-Budda” formasında zahir
olur. Vişnunun doqquzuncu dəfə Budda şəklində zahir olmasına e'tiqad bəlkə də
buddistlərin hinduizmdən ayrılmasının qarşısını almaq və bu iki ayin arasında bir
növ dinc yanaşı yaşayış və sülh yaratmağa xidmət etmişdir. Əvvəlki dərslərdə qeyd
olunduğu kimi, Hindistanda buddizm tədricən hinduizmlə qaynayıb-qarışmış ancaq,
hinduizmin yayılmadığı və ya ümumiyyətlə mövcud olmadığı bir sıra ölkələrdə bu
ayin müstəqil şəkildə inkişaf edib genişlənmişdir.
Hinduslar Vişnunun “kalki” surətindəki başqa bir təcəlli və zühurun olmasına və
bu zühurun hələ baş vermədiyinə inanırlar. Vişnu hazırkı dövrümüz olan zülmət
dövrünün sonunda “Kalki” surətində zahir olacaqdır. O ağ ata minəcək, əlində parlaq
qılınc olacaq. Öz zühuru ilə dünyadakı pis əməl və din sahiblərini cəzalandıracaq,
yaxşı əməl, din sahiblərini axirət ne'mətlərindən bəhrələndirəcəkdir. O, zühur edən
zaman bütün varlıq məhv olacaq, yeni bəşər və yeni bir dünyanın bünövrəsi
qoyulacaqdır. Gözəl adət-ən'ənələr yaranacaq, qızıl əsr yenidən başlanacaqdır.
Bhaqavata-porana kitabında bu barədə oxuyuruq:
Dostları ilə paylaş: