Cavab: Verilən suala əsasən qıldığı namazlar səhihdir.
Sual 422. Döşək ağı, paltar, və xəstənin yanında olan tibbi vəsaitlər nəcisdir və ya nəcis olmaları ehtimal olunursa, xəstə üçün onları əvəz etmək qeyri-mümkün və çətindirsə onlarda namaz qılmağın hökmü nədir?
Cavab:Bu halda onlarla namaz qılmaq Tovzihul-məsailin 860-cı məsələsinə uyğun olaraq eybi yoxdur və düzgündür.
Sual 423. Dəri altından qanaxma narahatlığına düçar olan bir xəstədə hərdən bir müxtəlif səbəblərdən qan dərinin üstündən axır. Qan axan halda namazın və 3 növdə olan paklığın hökmü nədir?
Cavab: Bu cür qanaxmanın namazın düzgünlüyünə maneçiliyi yoxdur. Təharəti də qan axmayan bir vaxtda yerinə yetirsin. Qanaxma baş verdikdə isə təkrar etsin.