ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə120/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   116   117   118   119   120   121   122   123   ...   249
Sual 476. Kömür samovarı bir şəxs tərəfindən məscidə vəqf olunub; indi ondan istifadə olunmur. Onu satıb yerinə xalça almaq olarmı?

Cavab: Əgər başqa məscidin belə samovara ehtiyacı olsa oraya verilsin və əgər bu cür olmasa onu qazla işləyən samovara döndərsinlər. Ehtiyac olmayan surətdə onu satıb pulunu məscidin çayxanasına sərf etsinlər.

Sual 477. Məscidə və Hüseyniyyəyə aid olan əşyaları başqa bir yerə camaatın ümumi istifadəsinə aparmaq olarmı?

Cavab: Əgər məscid və Hüseyniyyəyə aid olsa onu dəyişmək və başqa yerə aparmaq caiz deyil.

Sual 478. Bir məsciddə bə’zən namaz qılınır. Onun ləvazimatını (kərpic, dəmir, xalça kimi ) başqa məscidə aparmaq olarmı?

Cavab: Caiz deyil, gərək həmin məscidi tə’mir etsinlər. Mö’minlərə lazımdır ki, məscidin hörmətini hifz etsinlər.

Sual 479. Bir məscidin yalnız bir telefon xətti vardır və o da xadimin otağındadır. Əgər xadim olmasa heç kim camaatın zənglərinə cavab verə bilmir. O xətdən həmişə istifadə olunsun deyə, onu yaxında olan mağazaya çəkmək olarmı?

Cavab: Məscidin icma üzvləri razılaşsalar heç bir maneəsi yoxdur.

Sual 480. Came məscidi köhnəlmişdir, indi binanı təzədən tikirik. Hələlik o məsciddən və onun ləvazimatından istifadə olunmur. Məscidin əşyalarından yaxınlıqda olan məhdiyyədə istifadə etmək olarmı?

Cavab: Heç bir maneəsi yoxdur, bir şərtlə ki, təkcə məscidə istifadə olunan imkandan oraya verilsin.

Sual 481. Məscidin xalçaları köhnəlmişdir, dəyişməyən surətdə aradan gedir, onları satıb təzəsi ilə əvəz etmək düzgündürmü?

Cavab: Əgər xalçalar məscidə hədiyyə və ya mülk kimi verilibsə, onları ehtiyac olan surətdə dəyişməyin maneəsi yoxdur. Amma məscid üçün vəqf ediblərsə, şər’i icazə olmadan onu dəyişmək düzgün deyil.

Sual 482. Çay, qənd, və bu kimi şeylər məscidə çox gətirilib, bu şeylər çox qalarsa xarab olma ehtimalı vardır; onları satıb pulunu həmin məscidə sərf etmək olarmı, ya gərək başqa məscidə aparılsın?

Cavab: Əgər başqa məsciddə və ya başqa vaxt istifadə olunsa saxlamaq münasibdir.

Sual 483. Əlli il əvvəl tikilən bir məscid vardır. İndi axar selin yaxınlaşdığı yerdə olduğu üçün tə’mirə imkan yoxdur, başqa məscid tikmək və köhnəlmiş məscidin imkanlarından istifadə etmək olarmı?

Cavab: Əlli il əvvəl tikilən məscidin qalması onun köhnəlməsinə dəlalət etmir. Selin üstündə olduğu üçün selin istiqamətini dəyişmək mümkün olmayan surətdə və selin məscid üçün təhlükəli olduğu bilinsə, onun imkanlarından başqa məscid üçün istifadə edə bilərlər.

Sual 484. Məsciddən evə möhür gətirmək və onun üstündə namaz qılmaq caizdirmi?

Cavab: Caiz deyil.

Sual 485. Məscid üçün bir torpaq sahəsi vəqf olunub ki, onun gəliri məscidə sərf olunsun. İndi yolu genişləndirərkən həmin torpaq sahəsinin bir hissəsi aradan gedib. Əgər qalan hissəsində bir ticarət, ya yaşayış binası tikilsə, tikililər də vəqfə aid olacaqmı? Ya vəqf təkcə yerə aiddir?

Cavab: Vəqf torpağın özünə aiddir. İcarəni məscidin işıqlandırılmasına sərf etmək lazımdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin