Sual 662. İmam-camaatın ayağı sındığına görə düzgün yığılmır, səcdə və təşəhhüd halında onu çəkmək məcburiyyətində qalır. Amma sair şərtlər öz qaydasındadır. Onun imamlığı səhih və caizdirmi?
Cavab: Barmağının, ayağının və dizlərini ucu yerə dəyirsə onun imamlığı caiz və ona iqtida etmək də səhihdir; ayağının ucunu fərqli surətdə yerə qoysa və təşəhüddə adi qaydada oturmasa da.
Sual 663. Risalənin 1473-cü məsələsində yazılmışdır: «Vacib ehtiyata əsasən xora xəstəliyi olan bir şəxs İmam-camaat olmasın.» Sual bundan ibarətdir ki, birincisi, əgər xora görünməsə, ya az olsa və camaat bilməsə, ya görməsələr (paltarın altındadır) təkcə özü bilsə, gərək İmam-camaat qalmasınmı? İkincisi, əgər xora xəstəliyi olan şəxs camaata imamlıq etsə mə’mumların namazı işkal tapırmı?
Cavab: Rəvayətə əsasən xora xəstəliyinə düçar olan bir şəxs imamlıq etməsin. Az ya çox, zahirdə ya batində olması və mə’mumların bilib-bilməməsi arasında heç bir fərq qoyulmamışdır. İmamlıq etməmək şəxsin öz vəzifəsidir. Gərək bu işi öhdəsinə götürməsin. Lakin İmamlıq etsə və camaat da onu İmamlığa layiq bilib ona iqtida etsələr hamısının namazı səhihdir. Əgər sonradan məsələnin nə yerdə olduğunu bilsələr də belə.