Cavab: İşləri ətraf yerləri gəzib nəzarət etməkdirsə, namazları tamam və orucları da səhihdir.
Sual 814. Şər’i məsafədə məktubları paylayan poçt işçiləri, telefon, ya qaz xətlərini və bu kimi iş yerlərində tə’mirlə məşğul olan şəxslər və yaxud dəmir yol xətlərinə gəzib nəzarət etmək üçün şər’i məsafədə olanların namaz və orucunun hökmü necədir?
Cavab: Poçtalyon və hazırlıq işlərinə mə’sul olan şəxslər kimi uzaq yerlərə nəyi isə aparan şəxslərin namazları tamam və orucları da səhihdir. Dəmir yol fəhləsi, ya mühəndisi və yollara nəzarət edən başqa şəxslərin də işi səyyari iş sayılırsa, namazları tamam, orucları da səhihdir.
Sual 815. (İsfahan) sakini olan bir şəxs iyirmi fərsəx aralıda yerləşən rayondan bir bağ almış, orada özü üçün yaşayış şəraiti yaratmışdır. İl ərzində istirahət günləri oraya gedir, bə’zən də cümə gecələrini orada qalır? Oraya yalnız gəzmək və havasını dəyişmək üçün gedirsə namaz və orucunun hökmü nədir?
Cavab: Onun işi səfər olmadığı üçün namazı qəsrdir və orada orucunu da gərək iftar etsin.
Sual 816. Əgər bir şəxs səfərə ehtiyacı olmadan “kəsirus-səfər” sayılsın deyə, çox səfər etsə “kəsirus-səfər” hökmündədirmi?
Cavab: Namazı tamamdır və qəsr qılmaqda əsas şərt budur ki, səfər şəxsin peşəsi hesab olunsun. (Namazı tamam qılan sürücülər kimi). Amma peşəsi səfər olmasa, müəllimlər, tələbələr və zavod işçiləri kimi işi səfərdə olanların namazı ehtiyat vacibə əsasən qəsrdir. Hətta çoxlu səfər etsələr də belə.