Cavab: Bilade-kəbirə həddən artıq çox böyük olan şəhərlərə deyilir. Belə ki, onun şimalından cənubuna, ya məşriqindən məğribinə hərəkət etmək səfər hesab olunsun.
Sual 830. Tehran şəhəri “bilade-kəbirə” sayılırmı?
Cavab: Mənim nəzərimcə Tehran “biladu-kəbirə”
deyil və İranda belə bir şər’i ad daşıyan şəhər yoxdur
Günah səfəri
Sual 831. Dövlətin maşınından şəxsi istifadə etmək düzgün olmamasına diqqət etməklə, dövlət işçisi dövlət maşınından öz şəxsi səfərləri üçün istifadə etsə, onun səfəri günah səfərdirmi? Səfər üçün bir şəxsin biletini qəsb edib, həmin biletlə səfər edən şəxsin hökmü necədir?
Cavab: Yuxarıda qeyd olunan halda onun əməli düzgün deyil, amma onun səfəri günah səfəri sayılmır və namazı da qəsrdir.
Sual 832. Əgər səfərdə başqasının bilet növbəsindən istifadə olunsa, ya sahibinin razılığını ələ gətirmədən onun aldığı biletdən istifadə edilsə, istifadə edən şəxsin namaz və orucunun hökmü necədir?
Cavab: Başqasının növbəsindən istifadə olunan surətdə biletin pulunu özü ödəsə namazı qəsrdir və gərək oruc tutmasın. Eləcə də başqasının biletindən istifadə etsə, qəsbi minik vasitəsi hökmündədir, ehtiyat müstəhəbbə əsasən gərək namazı həm tamam və həm qəsr qılsın və orucu da tutsun, sonradan onların qəzasını da yerinə yetirsin.