Sual 9. Qadının təqlid etdiyi müctəhid bir işi vacib və yaxud haram bilsə, ərinin təqlid etdiyi müctəhid isə o işi vacib və ya haram bilməsə əri o məsələdə həyat yoldaşını öz təqlid etdiyi müctəhidin fətvasına əməl etməyə vadar edə bilərmi?
Cavab:Xeyr, qadına vacibdir ki, özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.
Sual 10. Bir şəxsin atası dünyadan getmişdir. Onun təqlid etdiyi müctəhid vəlisi hesab edilən oğlunun təqlid etdiyi müctəhidlə fərqlənir. Oğlu ona aid olan əməllərə özünün, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?