HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU
Sual 345. Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?
Cavab: İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.
Sual 346. Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.