VƏHŞƏT NAMAZI
Sual 383. Vəhşət namazında Ayətəl-kürsü hara qədər oxunmalıdır?
Cavab: Vacib ehtiyata əsasən «xalidun» kəlməsinə qədər oxunsun.
Sual 384. Vəhşət namazında «Ayətəl-kürsü» və «Qədr» surəsinin yerinə «Qul-huvəllah» oxuna bilərmi?
Vəhşət namazı üçün əcir olunmuş şəxs, əgər bu namazı vəfatın 1-ci gecəsi oxumasa, onun qəzasını yerinə yetirə bilərmi?
Cavab: Dəfn gecəsi qılınan namazın göstərişi risalədə yazılan kimidir, onu dəyişmək ya başqa cür oxumaq səhih deyil. Əgər əcir tutulan şəxs unutqanlıq və ya başqa səbəbdən dəfnin birinci gecəsində vəhşət namazını qılmasa, gərək pulu əcir tutana qaytarsın və onun razılığını ələ gətirsin. Onun qəzaya getməsinə aid bir dəlil nəzərə çatmamışdır.
Əgər birinci rəkətdə Ayətəl-kürsünü yaddan çıxartsa, ya ikinci rəkətdə İnna-ənzəlna surəsini on dəfədən az oxusa, vəhşət namazı caiz deyil, əcir tutulduğuna görə gərək həmin gecə təkrar etsin.
Dostları ilə paylaş: |