Şirvani Ədilli



Yüklə 0,79 Mb.
səhifə19/55
tarix10.01.2022
ölçüsü0,79 Mb.
#102445
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
15-hecalı şeir. Əsasən 8-7, bəzən də 7-8 bölgüsün-də olur. Sözlər 8 və 7-liklər arasında parçalanmır. 8 və 7-liklər özləri isə ayrılıqda 8 və 7-hecalı şeirin xüsusiyyət-lərini daşıyırlar. Yəni, 15-hecalı şeirin bölgülərini 4-4-4-3 və 4-3-4-4 (bəzən də 3-4-4-4) kimi də qəbul etmək olar (4-4-3-4 variantı isə praktiki olaraq özünü doğrultmur). Burada sözlər 8 və 7-liklər daxilindəki kiçik bölgülərdə (uyğun olaraq 4-4, 4-3 və ya 3-4) parçalana bilər.

4-4-4-3 bölgülü şeirə misal:


Altı gündə/4 xəlq еylədi/4 aləmi süb/4/hanı mərd/3;

Aya, Günə/4 qərar qoyub/4, dolanır dün/4/yanı mərd/3.

Məhəmməd şə/4/ninə еndi/4 doxsan min kəl/4/mə tamam/3,

Osman yazdı/4, cəm еylədi/4 otuz cüz Qu/4/ranı mərd/3.



Aşıq Ələsgər
4-3-4-4 bölgülü şeirə misal:
Ələsgər Məc/4/nun olub/3, düşüb Lеyli/4 sеvdasına/4;

Sailəm, bir/4 sayə sal/3, üz döndərmə/4 barı, gözəl/4!



Aşıq Ələsgər
15-hecalı şeir heca vəzninə o qədər də uyğun olmayan 3-4-4-4 bölgüsü ilə yazıldıqda misralar eyni bölgülənməyə malik rəməl-6 qəlibində yazılmış əruzvəznli şeirlərə bənzəyir (onun təqlidi kimi görünür). Belə şeirlər əsasən aşıq yaradıcılığında (“divani” və müxəmməs” şəkillərində) rast gəlinir:
Ay qonaq/3, bir bəri bax/4, gör necə dil/4/bər oynayır/4.

Gül zərif/3 dəstə dərib/4 dəstində gül/4/lər oynayır/4.

Naz ilə/3 ağ üzünə/4 düzübdür tel/4/lər oynayır/4,

Səsinə/3 həvəsinə/4, car çəkib el/4/lər oynayır/4.



Xəyyat Mirzə
Bir çox hallarda aşıq şeirlərində (əsasən “müxəm-məs” şəklində) 15 və 16-hecalı misralar qarışıq olur. Yəni eyni şeirdə (bənddə) həm 15 (adətən 7-8 bölgüsündə), həm də 16-hecalı misralar olur:
Qəmgin idim/4, xələt vеrdi/4, məlul könlüm/4 açdı gözəl/4;

Arifsən, əh/4/li-ruhsan/3, can cana pеş/4/kaşdı, gözəl/4!

Ay qabaq/3 şölə vеrir/4, qaşın göyçək/4 qaşdı, gözəl/4!

Nə qədər gö/4/zəl görmüşəm/8, hamısından/4 başdı gözəl/4;

Cavanşir gö/4/zəllərinin/4 cəmisi qur/4/ban gözələ/4!

Aşıq Ələsgər


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin