Şeir formalarının məhdudiyyətləri
və funksiyaları
Məlumdur ki, vəznin və şəklin qaydaları (misranın heca sayının sabitliyi və bölgülənməsi, qafiyələnmə, bəndlərdə rədif, ritmik ardıcıllığın gözlənilməsi və s.) şeir yazmaqda, şeirdə fikri ifadə etməkdə müəyyən məhdu-diyyətlər yaradır. Bu məhdudiyyətlər şeir formalarının sa-dəsindən mürəkkəbinə doğru daha da artır. Bunun nəti-cəsində şeirdə forma qaydalarını təmin etmək xatirinə yazılmış parçalar (qafiyə xatirinə istifadə olunan sözlər və misralar, rədif xatirinə yaradılan bəndlər, heca sayını tamamlamaq üçün artırılan ifadələr, əcnəbi sözlərdən və ləhcə elementlərindən məqsədli istifadə və s.) mövcud olur. Bu hal ən məhdudiyyətsiz şeir forması – bölgüsüz, qafiyəsiz sərbəst şeir istisna olmaqla qalan bütün şeir formalarında bu və ya digər dərəcədə qaçılmazdır. Han-sısa şairin nə xüsusi istedadı, nə “vergi”si bu halların qar-şısını ala bilməz, istənilən müəllifin şeirlərində bu hallara rast gəlinir. Lakin, əgər misraların öz mənası, misralar arasında məna əlaqəsi, məntiqi fikir ardıcıllığı, bənd-lərarası məna əlaqəsi, şeirdə ümumi ideya, vahid məzmun saxlanılarsa şeirin forma qaydalarını (qafiyə, heca sayı, bölgü və s.) təmin etmək xatirinə yazılmış parçalar qüsur kimi yox, tam normal qəbul olunma-lıdir. Yox, əgər forma qaydalarını təmin etmək xatirinə yazılmış parçalar mənasız (və ya mənasının mətləbə dəxli olmayan) parçalara, misralararası və bəndləra-rası məna əlaqəsinin olmamasılna, məntiqi fikir ardı-cıllığının pozulmasına, şeirdə ümumi ideyanın və va-hid məzmunun itməsinə gətirib çıxararsa, yazılı ədə-biyyatda bu böyük qüsur kimi qəbul olunmalıdır.
Lakin şifahi ədəbiyyat (xalq və müəllif) nümunələ-rində (bayatılar, aşıq şeirləri, bədahətən şeir demə və deyişmə, meyxana və s.) bu kimi hallar məqbuldur. Çünki şifahi sənətlərin fünksiyası bir az fərqlidir. Belə ki, burada ilk növbədə diləyatımlılıq, tez yadda qalma, avaz, musiqi, əyləndirmə və b. qeyri-məzmun elementləri tələb oldu-ğundan məzmunun zəif olması ümumi sənətin gözəlliyinə xələl gətirmir.
Bildiyimiz kimi xalq bayatılarında adətən əsas fikir, məna biri-biri ilə qafiyələnməyən son iki misrada olur, ilk iki misra isə sonuncu ilə qafiyələnməsi xatirinə deyilir və adətən ya mənası olmur ya da mənasının məzmuna dəxli olmur. Bu da təsadüfi deyil. Belə ki, bayatıda misranın qısa olması fikri ifadə etməkdə məhdudiyyət yaradır. Lakin digər tərəfdən əsas fikrin deyildiyi misraların biri-biri ilə qafiyələnməməsi, həmçinin sonuncu ilə qafiyələnən ilk iki misranın mənasının önəmli olmaması bu məhdudiyyəti müəyyən qədər azaldır. Ona görə də dərin mənalılıq və gözəllik bayatıda (son iki misrada olsa da) baş tutur.
Misallar:
Mixək əkdim ləyəndə,
Mixək boynun əyəndə,
Yeddi qurban kəsərəm
Əlin əlimə dəyəndə.
Xalq bayatısı
Qızıl gül oyum-oyum,
Dərim qoynuma qoyum,
Yağış yağar yer doymaz,
Mən səndən necə doyum?
Xalq bayatısı
Lakin bütün misraları arasında məna əlaqəsi olan, məntiqi fikir ardıcıllığının əvvəldən axıra izləndiyi xalq bayatıları da var:
Bağa girdim üzümə,
Tikan batdı dizimə,
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.
Xalq bayatısı
Boz at gəlir enişdən,
Sinəbəndi gümüşdən,
Bizə də qismət olsun
Tərkindəki yemişdən.
Xalq bayatısı
Forma qaydaları xatirinə deyilən, mənasız və ya mənasının mətləbə dəxli olmayan misraların deyilməsi şifahi sənət kimi bədahətən deyilən meyxanalar üçün də xarakterikdir. Lakin şifahi sənət olduğuna görə meyxa-nada da bu hallar bağışlanılandır. Çünki, burada əsas məqsəd bədahətən söz qoşmaq, insanları əyləndirməkdir və burada bəndin yalnız son misralarının hətta qismən mənalı olması da kifayətdir. Yazılı ədəbiyyatda isə meyxanavari, meyxananı xatırladan süni söz quraş-dırmaları “şair” adına layiq hal deyil və yazılı ədəbiy-yata bir növ hörmətsizlikdir. Təəssüf ki, yaradıcılığı başdan-başa belə şeirlərdən ibarət, lakin “güclü şair” kimi tanınan şəxslər də var. Halbuki, yazılı poeziyada müəllifi heç kim tələsdirmir, istədiyi formanı seçə, kifayət qədər düşünə, şeiri üzərində işləyə bilər.
Dostları ilə paylaş: |