Siyahısı 20 Mart 2019 IL Ümumi məlumat



Yüklə 3,01 Mb.
səhifə4/75
tarix10.01.2022
ölçüsü3,01 Mb.
#108329
1   2   3   4   5   6   7   8   9   ...   75
Saxlandığı yer: 14 saylı CÇM

İş üzrə qısa arayış: Cənab Quliyev Masallıda yerləşən www.xeber44.cominternet qəzetin baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din sahəsində apardığı siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə aparılıb, ona fəaliyyətinin dayandırmalı olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012-ci il sentyabrın 6-da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə saat 03.00 radələrində sərbəst buraxılıblar.
Sentyabrın 8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar. Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görüblər. Polis maşını onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25-30 nəfərlik mülki geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn polislər hər ikişəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin dekabrında cənab Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə yayılan məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür.


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin