Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə43/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   39   40   41   42   43   44   45   46   ...   84
AFINALI KSENOFONT
SOKRATLA KEÇƏN GÜNLƏRIM
BIRINCI KITAB

I BAŞLIQ
{Sokratın üstünə atılan birinci suç ağ yalan idi: Sokrat tanrıları danmırdı.}
Sokratın üzünə duran, afinanalıları onun suçlu olduğuna inandıran, sonra isə yurddaşlarının ölüm kəsdiyi məhkəməyəcən sürükləyən yaramazların, onun adına necə qara yaxdıqlarını, ağa qara deyib, yalandan üzünə keçdiklərini andıqca,-üstündən uzun bir sürə keçməsinə baxmayaraq - indinin ozündə belə bu gen-geniş Yer-göy gözümdə daralır, özümə yer tapa bilmirəm. Onların məhkəməyə yazdıqları suçlamanın özəti belə idi: “Sokrat dövlətimizin tapındığı tanrıları danır, onların yerinə başqa tanrıları qoyur; bununla yanaşı o, gəncləri pis yollara çəkir”.

Onun üstünə atmaq istədikləri lap birinci suçu, yəni dövlətin tapındığı tanrıları danmasını, Sokratın boynuna qoymaq üçün deyə biləcəkləri bircə dənə də olsun tutarlı sözləri vardımı? Sokrat Tanrı yolunda, istər öz evində, istərsə dövlətin ayırdığı yerlərdə çoxlu qurbanlar verərdi: bunu hamı görürdü; Tanrı sözündən hay verən falları öyrənməkdən yaxasını qırağa çəkmədiyi də kimsədən gizlin deyildi. Ancaq... bütün şəhərdə belə bir söz yayılmışdı, deməzsənmi, Tanrıdan gələn bir səs Sokrata buyuruqlar verir..., məncə elə buna görə də onu özündən yeni tanrılar uydurmaqda suçlayırdılar. Özlüyündə isə o, tanrılara sayqı göstərməkdə başqalarından nə iləsə seçilmirdi: başqaları gələcəkdə baş verəcək olayları necəsə,–quşların uçuşundan, yan-yörəni dinşəyib eşitdikləri səslərdən, qarşılarına çıxan kimsələrin görkəmindən ayırd edib, Tanrının onların uğuruna yazdıqlarını öyrənməyə çalışırdılarsa, elə Sokratın tanrıların istəmini öyrənmək üçün tutduğu yol da bunlara uyğun idi. Ürəyədammalara inanan adamların deməsinə görə, quşlarmı, qarşılarına çıxan kimsələrmi, onları nəyəsə yönəldir, onlara baxaraq, dinşəyərək sezdikləri, sonradan çin olur; Sokrat isə bir az başqa sayaq düşünüb, Tanrıdan gələn səsin ona buyuruqlar verdiyini deyirdi. O, Tanrıdan gələn səslərdən anlayıb-duyduqlarına görə, arxadaşlarının bir çoxuna öncədən, nəyin eləyəsi, nəyin eləməyəsi olduğunu demiş, ən önəmlisi isə, onun sözünə qulaq asanlar uğur qazanmış, qulaqardına vuranlarınsa oxu daşa dəymişdi. Onun arxadaşlarının yanında saçmaladığını, özünü öydüyünü deməyə kimin dili gələr? Tanrı buyuruqları adı ilə arxadaşlarına danışdıqları sonradan çin çıxmazdısa, o, sonucda öz saçmalığını, yekəbaşlığını ortaya qoyan bir yalançı təki, gülünc günlərə qallmazdımı? Sokratı tanıyanlar yaxşı bilir, o, doğru olduğuna inanmadığı sözləri dilinə alıb danışmazdı da. Gələcəkdə nə baş verəcəyini öyrənmək üçün, Tanrıdan başqa da kimə üz tutmaq, kimə inanmaq olar? O, tanrılara inanıb bu sözləri deyirdisə də, onda tanrıları necə dana bilərdi? Arxadaşları ona nəyisə gənəşəndə, gərəkən işin yaxşı görüləsini öz bildiyi kimi öyrədərdi, ancaq bu işdən yaxşı baş açmayanda deyərdi, orakula* gənəşin, görün bu işi görməyə dəyər, yoxsa yox? Kimsə öz diriliyiyində(təsərüffatında) uğurla bitəcək bir iş görməyi, yoxsa dövlət




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin