Sosial işdə dəyərlər



Yüklə 27,35 Kb.
səhifə3/3
tarix19.06.2022
ölçüsü27,35 Kb.
#117050
1   2   3
Mwhazirə 05-Sosial işdə dəyərlər

Təsviri təriflər. Taylora görə, “mədəniyyət və yaxud sivilizasiya geniş etnoqrafik mənada bütövlükdə biliklərin, etiqadların, incəsəntin, mənəviyyatın, qanunların, adətlərin və cəmiyyətin üzvü olaraq insan tərəfindən mənimsənilmiş bir sıra digər bacarıq və vərdişlərin cəmidir”. Nümunə olaraq məşhur linqvist E.Sepirin verdiyi tərifi göstərək. O mədəniyyət dedikdə, “bizim həyatımızın özəyini təşkil edən fəaliyyət üsullarının və əqidələrin sosial cəhətdən irs olaraq qəbul olunmuş kompleksini” başa düşürdü.
Psixoloji təriflər. Mədəniyyət öyrənilmiş davranışın sosioloji ifadəsi kimi başa düşülür. ( antropoloq R.Benediktə görə eşşək arılarında, yaxud qarışqalarda olduğu kimi “öyrənilmiş davranış-insana anadangəmə və onun rüşeym hüceyrələrində qabaqcadan müəyyən edilməmiş olan, yaşlı insanlardan öyrənmək yolu ilə hər bir yeni nəsil tərəfindən yenidən mənimsənilən davranışdır”. “Mədəniyyətqrup, birlik və yaxud cəmiyyət üçün ümumi olan vərdiş olunmuş davranış formalarıdır. Mədəniyyət, maddi və yaxud maddi olmayan elementərdən ibarətdir” (sosioloq K.Yanq); struktur təriflər a) “mədəniyyətlər-cəmiyyət üzvlərinin təşkil olunmuş təkrar olunan reaksiualarından başqa bir şey deyildir; b) mədəniyyət – komponentləri hazırki cəmiyyətin üzvləri tərəfindən bölüşdürülən və irsi olaraq ötürülən öyrənilmiş davranışın və davranış nəticələrinin birləşdirilməsidir”(antropoloq R.Linton).
Genetik təriflər – “mədəniyyət –fenomenlərin xüsusi sırası və yaxud sinfinin məhz bəşər növü üçün spesifik olan, “simvolizasiya” adlandırdığımız zehni qabiliyyətin reallaşdırılmasından asılı olan əşya və canlıların, həmçinin hadisələrin reallaşdırılmasından asılı olan əşya və canlıların, həmçinin hadisələrin adıdır. Daha dəqiq deyilsə,mədəniyyət-maddi obyektlərdən – alətlərdən, uyğunaşdırılmış nəsnələrdən, naxışlardan, həmayillərdən və s., həmçinin simvollaşdırma kontekstində fəaliyyət göstərən hərəkətlərdən, etiqadlardan və quruluşlardan ibarətdir. Bu yaşayış, yaxud sağ qalmaq uğrunda mübarizədə insanın istifadə etdiyi incə mexanizmdir (sosioloq L.Uayt).
Mədəniyyətin müasir anlamı, çoxcəhətli sistemstruktur funksionalizm təsəvvürləri ilə müəyyən edilir. T.Parsons mədəniyyətdə “nisbətən sabit simvolik sistemlərin” mövcud olduğuna görə mədəniyyətin sosial sistemlərin iyerarxiyasında yüksək mövqe tutduğunu bəyan etməklə, onu bir-biri ilə bağlı 3 aspektdə nəzərdən keçirirdi: birincisi, mədəniyyət mirasdan və sosial ənənədən ibarətdir; ikincisi, mədəniyyət insanın genetik təbiətindən asılı deyildir; üçüncüsü, mədəniyyət hamı tərəfindən qəbul olunandır. Bir tərəfdən, mədəniyyət insanın inkişafının məhsuludur, digər tərəfdən, onun determinantıdır.
Mədəniyyətin məqsədyönlü öyrənilməsinə 1949-cu ildə başlanılmışdır. Həmin vaxt Amerika tədqiqatçısı E.Nobel öyrənilmək üçün mədəniyyətin mədəni element adını almış ən kiçik vahidini seçib götürməyi təklif etmişdir. Mədəni element adı altında Nobel “davranış nümunəsinin və yaxud maddi məhsulun artıq bölünməz hesab olunan vahidini” başa düşürdü. Maddi mədəniyyətin elementlərinə belələri, məsələn, mismar, karandaş, vintaçan və yaxud paltar, maddi olmayan mədəniyyətin elementlərinə - birisi ilə görüşərkən əlsıxma, yaxud şlyapanı çıxarıb yuxarı qaldırmaq, avtomobil yolun sağ tərəfi ilə sürmək, salamlaşmanın forması kimi öpüş və s.aiddir. Hər bir mədəniyyətə vahid bir tam halında birləşmiş minlərlə mədəni element daxildir.
4.Polietnik dövlətdə sabitlik və sosia davamlılıq çox cəhətdən sosiomədəni həmrəyliyin səviyyəsindən asılıdır. Bu gün aşkar olur ki, istər ümumdünya istərsə də regional miqyasda tolerantlıq insanın sağ qalmasının çox mühüm mexanizmlərindən biridir. Rusiyanın polietnik cəmiyyəti üçün bu problem xüsusilə aktualdır. “Rusiya cəmiyyətində tolerantlıq qayələrinin formalaşması və ekstremizmin profilaktikası (2001-2005-ci il)” Dövlət Federal proqramı da bunu bir daha təsdiq etdi. Lakin Rusiya və xarici ölkə elmində tolerantlıq nəzəriyyəsi az tədqiq olunmuşdur. Buna görə də əvvəlcə müəyyən etmək lazımdır ki, tolerantlıq dedikdə nə başa düşülür.
Tolerantlıq – özünün ən sadə izahında başqalarının fikirlərinə, əqidələrinə, etiqadlarına, davranışına dözümlülük göstərilməsidir. Lakin bu cür anlamda da tolernatlığın təzahürünün bir neçə aspektini fərqləndirmək olar: dəyərlilik kimi, davranış norması kimi, sosial qarşılıqlı təsirin tənzimləyicisi kimi. Bununla əlaqədar olaraq V.A.Lektorskinin tolerantlığa verdiyi aşağıdakı tərif uğurlu görünür: tolerantlıq tənqidi dialoq nəticəsində mövqelərin qarşılıqlı şəkildə dəyişdirilməsi məramı ilə həmahəng olaraq başqasının ənənəsinə hörmətdir. V.A.Tişkov tolerantlığın strukturunda 2 səviyyəni fərqləndirir: psixoloji səviyyə ( şəxsiyyətin və kollektivin daxili məramı və münasibəti), siyasi səviyyə, hərəkət, yaxud qanun və ənənə vasitəsilə hiss olunan ictimai norma. Fikrimizcə buraya mənəvi və ictimai səviyyələri də əlavə etmək lazımdır.
Tolerantlığı istənilən sosial münasibətlərdə, o cümlədən sosiomədəni münasibətlərdə həmrəylik yaratmağa qadir olan vasitə kimi də nəzərdən keçirilir.
Sosiomədəni həmrəyliyin 2 əsas tipi mövcuddur: dəyərlilik həmrəyliyi və funksional-məqsədli həmrəylik. Sosiomədəni həmrəylik eyni zamanda etnikdaxili və etniklərarası həmrəyliyə bölünür. Dəyərlilik sosiomədəni həmrəyliyinin əsasında mövcudvetnosların nümayəndələrinin rəhbər tutduqları əxlaqi və hüquqi dəyərlərin vəhdəti və ümumiliyi durur. İstənilən etnosa digər xalqların dəyərlər sistemindən çox və ya az dərəcədə fərqli olan dominant dəyərlər xasdır. “Özünün” olmayan etnosun mədəniyyətinə, dəyər və əqidələrinə tolerant münasibət elə bir özüldür ki, onun üzərində etnikarası həmrəylik yaranır.
Sosiomədəni identikliyin və tolerantlığın formalaşması şəxsiyyətin sosiallaşması prosesində baş verir. Məktəbəqədərki və kiçik məktəb yaşında etnomədəni identikliyin və tolerantlığın ötürülməsində ailə aparıcı rol oynayır. Bu mərhələdə məhz ailə uşağa öz dilinə, mədəniyyətinə məhəbbət aşılayır. Sonralar bu prosesdə təhsil sistemi, referent qruplar mühüm əhəmiyyət kəsb etməyə başayır. Təhsil sistemində tolerantlıq ideyası bir çox üsullarla: təhsilin və tərbiyənin məzmunun dəyişməsi, tolernatlıq mədəniyyətinin tədris predmetlərinə daxil edilməsi, mədəni-tarixi ənənələrin öyrənilməsi, milli mədəniyyət kontekstində şagirlərin istiqamətləndirilmiş intellektual, əxlaqi, emosional inkişafı, mədəniyyətlərin rəngarəngliyi və qarşılıqlı təsiri anlamının formalaşması; tolerantlıq ideyalarına xas olan dəyərlər, baxışlar və davranış normalarının mənimsənilməsi; insan haqlarına hörmət tərbiyə edilməsi; istənilən münaqişələrin, o cümlədən sosiomədəni ziddiyyətlərin qarşısının alınması və onun həllinin pozitiv metodlarının təbliği və tətbiqi vasitəsilə reallaşa bilər.
Sosiomədəni xüsusiyyətlər özü özlüyündə münaqişə törədən, yaxud pozucu amil deyildir. Davamlı, sabit inkişaf edən cəmiyyətdə kifayət qədər müxtəif sosial-mədəni qruplara mənsub olan insanlar bir-birinə olduqca asanlıqla isinişirlər, bir-birinə qarşı münasibətdə tolerantdırlar, tez həmrəyləşirər.
Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin