SpirtləR, fenollar və sadə efirləR” BÖLMƏsinin tədrisində FƏal təlimin metodlarindan istifadə


Məqsəd: 1. Etilenqlikokolun quruluşunu izah edə bilir. 2



Yüklə 152 Kb.
səhifə2/4
tarix05.01.2022
ölçüsü152 Kb.
#111315
1   2   3   4
Məqsəd: 1. Etilenqlikokolun quruluşunu izah edə bilir.

2. Etilenqlikolun alınma üsullarını şərh edir və bəzi təcrübələri nümayiş etdirə bilir.

3.Etilenqlikolun kimyəvi xassələrini qeyd edə bilir və bəzi təcrübələri apara bilir.

Təlim üsulu: Müstəqil iş, BİBO,

Təlim forması: qruplarda iş.

Resurslar. Etil spirti, sulfat turşusu, kaliumpermanqanat, xlorid turşusu, nitrat turşusu ,bromlu su, mis-2 hidroksid , mis-2 sulfat , natrium metalı kerosində, natrium qələvisi fenolfitaleyin məhlulu, etilenqlikol, sınaq şüşəsi ştativdə,

İnteqrasiya: fəndaxili əlaqə

Dərsin gedişi Sinifin təşkilindən sonra yeni movzuya şagirdlərin diqqətini yönəltmək üçün aşağıdakı məzmunda motivasiya yaradılır:

Motivasiya Çoxatomlu spirtlərin quruluşu etil spirtinin quruluşundan fərqlənirsə onun alınma üsullarında və kimyəvi xassələrində hansı fərqlərin olduğunu necə öyrənmək olar ?

Bu sualla sinifə müraciət etdikdən sonra şagirdlər kiçik qruplara bölünür.

Hər bir qrupa aşağıdakı məzmunda iş vərəqləi verilir.

1.Spirt


1. Etilen qlikolun və butanolun quruluşunu göstərin və fərqi izah edin.

2.Laboratoriyada etilen necə alınır? Etilendən etilenqlikolun alınma reaksiyasının tənliyini tərtib edin.

3.Etilenqlikolun natrium və nitrat turşusu ilə reaksiyasının tənliyini tərtib edin.

4.Etilenqlikol 0,5 mol natrium qələvisi ilə reaksiyaya daxil olmuşdur, bu zaman neçə qram qlikonat əmələ gəlmişdir?

II.Etilen qlikol

1.Butandiolun quruluşunu göstərin.

2.Etilenqlikolun etilenin oksidləşməsindən alınmasının reaksiya tənliklərini göstərin.

3.Etilenqlikolun hidrogen bromid və mis-2 hidroksidlə gedən reaksiyalarının tənliklərini yazın

4.125 qr. 25% qatışığı olan etilenqlikola mis-2 hidroksidlə təsir etdikdə əmələ gələn qlikonatın miqdarını hesablayın.

III. Qliserin

1.CH3-CH2-/CH- /CH2 birləşməsini adlandırın.

OH OH


2.Sənayedə etilenqlikolun alınmasını göstərən reaksiyanın tənliyini yazın.

3.Etilenqlikolun natrium hidroksid və nitrat turşusu ilə reaksiyasının tənliyini yazın.

4. 250 qr. nitroqlikonat almaq üçün nə qədər turşu tələb olunur?

IV. Fenol.

1.Metanolda yoxsa karbonat turşusunda hidrogenin mütəhərrik olmasını izah edin.

2.Dixloretandan etilenqlikolun alınmasını göstərən reaksiyanın tənliyini yazın.

3.Etilenqlokoldan dioksanın alınmasının reaksiya tənliyini yazın.

4. 9,2 qr. natriumla etilenqlikola təsir etdikdə neçə l. (n.ş.) hidrogen almaq olar?

Şagirdlər suallar əsasında tədqiqat aparırlar.Qruplarda cavablar müzakirə edilir və hazır olduqdan sonra quruplar arasında müzakirəni təşkil etmək məqsədi ilə qrupun liderləri lövhəyə dəvət olunur və suallar bir-bir müzakirə edilir.Lazımı reaksiya tənliklərini bütün sinif şagirdləri kimya dəftərlərinə qeyd edirlər.Şagirdlərin cavabları müzakirə olunr..

Müzakirədən sonra nümayiş stolunun üzərində qoyulmuş reaktiv və təchizatlardan istifadə etməklə aşağıdakı təcrübələri qruplar növbə ilə yerinə yetirirlər Etilenqlikol qrupunun iki nəfər şagirdi maraqlı təcrübələri nümayiş etdirirlər.Şagirdlərdən biri sınaq şüşəsinə az miqdarda sulfat turşusu tökür və üzərinə mis yonqarı əlavə edir. Reaksiyanı sürətləndirmək üçün spirt lampasında qızdırılır. Alınan məhluldan az miqdarda etilenqlikolun üzərinə əlavə edilir, parlaq göy rəngin əmələ gəlməsi mis-2qlikonatın vəsfi təyini üçün maraqlı təcrübələrdən biridir.

Üçüncü qrupun şagirdlərindən biri sınaq şüşəsində olan natrium əsası olan məhlula az miqdarda fenolfitalein əlavə edilir, rəngi dəyişmiş məhlulun üzərinə etilenqlikonat əlavə etdikdə məhlulun rəngi itir.Bu təcrübə ilə şagirdlərə məlum olurki etilenqlikol zəif də olsa turşu xassəli maddədir.

Dərsin sonuncu mərhələsində şagirdlərin apardıqları tədqiqatları və təcrübələri ümümiləşdirilir və onların əldə etdikləri bilikləri bir daha bacarıqlar şəkilində inkişaf etdirilməsi üçün çalışmaların yerinə yetiriləsi şagirdlərə tapşırılır.Dərsin sonunda şagirdlər BİBO cədvəlini aşağıdakı kimi tamamlayırlar




Bilirik

Bilmək istəyirik

Bildik

Doymuş bir, iki, üç atomlu spirtlərin quruluşu, izomerləri, alınma üsulları və kimyəvi xassələri

Fenolun quruluşu, izomerləri, alınması və kimyəvi xassələri

Tətbiq sahələrini.



Fenolun quruluşunu, alınmasını və xarakter kimyəvi xassələrini.Tətbiq sahələrini.



Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin