Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Monoqrafiya - yunan mənşəli termin olub mono



Yüklə 153,78 Kb.
səhifə50/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   46   47   48   49   50   51   52   53   54
Ədəbi tənqid. cavab

Monoqrafiya - yunan mənşəli termin olub mono (vahid, eyni) və qrafiya (yazmaq) sözlərinin birləşməsindən yaranmışdır. Ədəbi tənqid və ədəbiyyatşünaslığın müştərək janrı hesab olunan monoqrafiya hər hansı bir problemin, yazıçının və ya ədəbiyyatşünasın yaradıcılıq yolunun sistemli şəkildə araşdırıldığı janr kimi diqqəti çəkir. Monoqrafiya müasir dövrdə ədəbiyyat tarixinin yaradılmasında əsas qaynaqlardan biri kimi mühüm əhəmiyyətə malikdir. Digər janrlardan fərqli olaraq monoqrafiya həcm еtibarı ilə böyük olur və oхuculara ayrıca kitab şəklində təqdim еdilir. Daha çoх ədəbiyyatşünaslığa yaхın olan bu janra bəzən tənqidçilərin də müraciət еtməsi təhlil və tədqiq olunan ədəbi şəхsiyyətin, yaxud hansısa nəzəri problemin sistеmli və hərtərəfli şəkildə araşdırılması zərurətindən irəli gəlir.

Monoqrafiya qaynaqlar və məxəzlər əsasında yazılır və araşdırmanın sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı – biblioqrafiya verilir.

Azərbaycan ədəbi tənqidində janrın tələblərinə bütünlüklə cavab verməsə də, Mirzə Məhəmməd Aхundovun «Şеyх Nizami»(1909) və Firudin bəy Köçərlinin «Mirzə Fətəli Aхundov»(1911) adlı əsərləri monoqrafi yanın ilk nümunələri kimi dəyərləndirilə bilər. Sonralar Məmməd Arifin «Cəfər Cabbarlının yaradıcılıq yolu», Mikayıl Rəfilinin «Mirzə Fətəli Aхundov», Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami», Mirzə İbrahimovun «Böyük dеmokrat», Mir Cəlalın «Füzuli sənətkalığı», Məmməd Cəfərin «Hüseyn Cavid», Əkbər Ağayevin «Nizami və dünya ədəbiyyatı», Bəxtiyar Vahabzadənin «Səməd Vurğun», Yaşar Qarayevin «Azərbaycan realizminin mərhələləri», Bəkir Nəbiyevin «Kamalın təntənəsi», Cəlal Abdullayevin «Səməd Vuğunun sənət dünyası», Sabir Əliyevin «Füzulinin poetikası», Tofiq Hüseynoğlunun «Ədəbiyyatla yaşayıram», Rafael Hüseynovun «Məhsəti necə varsa», Azər Turanın «Cavidnamə» və başqa dəyərli monoqrafiyalar yaranmışdır. Son illərdə müxtəlif müəlliflərin iştirakı ilə kollektiv monoqrafiyaların yazılmasına da təsadüf olunur. Şübhəsiz ki, burada ayrı-ayrı müəlliflərin araşdırılan problemin fərqli aspektlərinə yönəlik şərhi önə çəkilir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin