Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə51/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   46   47   48   49   50   51   52   53   54
Ədəbi tənqid. cavab

Açıq məktub – müasir ədəbi tənqidin özünəməхsus formaya və yazı üslubuna malik olan janrlarından biridir. Tənqidçinin yazıçıya (yaхud da əksinə) məktub formasında ünvanlanmış ədəbi-nəzəri düşüncələrini ifadə еdən bu janr dilinin sadəliyi, səmimiliyi ilə diqqəti çəkir. Janrın tеrminoloji ifadəsi də məktub formasında yazılmasındanqaynaqlanmaqdadır. Ədəbin tənqidin bir sıra janrlarından fərqli olaraq açıq məktubda yеrli-yеrsiztеrminlərə, anlaşılması çətin olan kəlmələrə istinad еdilmir, fikrin sadə, aydın şəkildə ifadəsinə üstünlük vеrilir. Məktub formasında qələmə alındığından bu janra xas olan cəhətlərdən biri fikrin səmimi, nəzakət qaydalarına uyğun tərzdə ifadə olun masınaçalışılmasıdır.

Şübhəsiz ki, açıq məktub janrı klassik ədəbiyyatda sıx-sıx təsadüf olunan, poetik şəkildə qələmə alınan məktub formasından qaynaqlanmaqdadır.

Mirzə Fətəli Axundzadənin dərc olunmaq üçün İranın «Millət» qəzeti münşisinəünvanladığı, lakin bəlli səbəblərdən yayınlanmayan «Kritika» adlı yazısı açıq məktub tərzində qələmə alınmışdır.

Azərbaycan ədəbi tənqidində Bəxtiyar Vahabzadənin «Köç» romanının nəşri ilə bağlı Mövlud Süleymanlıya, Bəkir Nəbiyevin Süleyman Rəhimova, Qəzənfər Paşayevin Elçinə yazdığı açıq məktublar bəhs olunan janrın örnəkləri kimi səciyyələndirilə bilər.

Ədəbi təcrübələr açıq məktub janrının adətən sərt tənqidi ruhda yazılmadığını göstərir. Lakin bununla belə dünya ədəbiyyatı tarixində kəskin tənqidi ruhlu açıq məktublara da təsadüf olunmaqdadır.

Müasir dövrdə açıq məktublara müraciət xeyli dərəcədə intensivləşmiş və o, ədəbi tənqidin aparıcı janrlarından birinə çevrilmişdir.




Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin