Sumqayıt Dövlət Universiteti Fakültə: Riyaziyyat İxtisas: Riyaziyyat və informatika müəllimliyi Kafedra: Azərbaycan və şərqi avropa xalqları Qrup: 426 Kurs: 3


Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verən tarixi sənəd



Yüklə 208,24 Kb.
səhifə13/15
tarix24.04.2022
ölçüsü208,24 Kb.
#115497
1   ...   7   8   9   10   11   12   13   14   15
tarix

Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verən tarixi sənəd:


Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalanmışdır. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmasını nəzərdə tutur.

Heydər Əliyev tərəfindən imzalanan "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanda qeyd olunduğu kimi: "Təəssüf ki, 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir". Çox böyük tarixi əhəmiyyətə malik, tarixi yaddaşımızın bərpasına xidmət edən fərmanla azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq olunması, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə yaradılan komissiyaya ümummilli liderin özünün rəhbərlik etməsi ulu öndərin bu məsələyə nə qədər böyük önəm verdiyinin ən bariz göstəricisidir.



Yüklə 208,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin