Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin


Giriş Layihə haqqında məlumat və minnətdarlıq



Yüklə 325,73 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü325,73 Kb.
#3211
1   2   3   4   5   6   7   8

Giriş

  1. Layihə haqqında məlumat və minnətdarlıq


İnsan hüquqularının qorunmasını özünün ali məqsədi kimi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir.

Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.

Bununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Azərbayan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt və Şəki apellyasiya, Sumqayıt İnzibati-İqtisadi, Yasamal və Oğuz rayon məhkəmələri) müəyyən edilmiş və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunmuş, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilmişdir.

Layihə çərçivəsində 2016-cı il ərzində pilot məhkəmələrdə məmnuniyyət sorğularının təşkilinə hazırlıq işləri görülmüş, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilmiş, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilmişdir.

Məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı Strasbuqda və Bakıda seminar və praktiki məşğələlər təşkil oıunmuş, Avropa Şurasının ekspertləri tərəfindən məmnuniyyət sorğularının keçirilməsinə dair məlumat kitabçası təqdim olunmuş, sorğuların keçirilməsi metodologiyası, sorğu anketlərinin məzmunu, sualların xarakteri, onların qruplaşdırılması, sorğular keçirilməmişdən əvvəl bu barədə respondentlərin məlumatlandırılması, sorğuların keçirilməsi usulları və formaları, məlumatın toplanması və emalı, yekun hesabatın formalaşdırılması, məmnuniyyət sorğuları barədə ictimaiyyətin məlumatlandırılması barədə məlumat verilmiş, ayrı-ayrı ölkələrdə belə sorğuların keçirilməsi təcrübəsi öyrənilmişdir.

Hərtərəfli nəzəri və praktiki hazırlıq əsasında 2016-cı ilin avqust-oktyabr aylarında 5 pilot məhkəmədə məmnuniyyət sorğuları keçirilmiş və Avropa Şurası ekspertlərinin ilkin rəyinə görə bu iş bütün məhkəmələrdə yüksək səviyyədə yerinə yetirilmişdir.

Birgə əməkdaşlığımızın real nəticəsi olan məmnuniyyət sorğularının uğurla keçirilməsinə öz töhfəsini vermiş bütün qurumlara və şəxslərə, o cümlədən Avropa Şurasının məsul əməkdaşlarına, ekspertlərə və mütəxəssislərə dərin minnətdarlığımızı bildirir, qarşılıqlı əməkdaşlıq çərçivəsində bundan sonra da görüləcək bütün işlərdə hamımıza müvəffəqiyyətlər arzulayırıq.


    1. Yüklə 325,73 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin