Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin



Yüklə 325,73 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü325,73 Kb.
#3211
1   2   3   4   5   6   7   8

Metodologiya


Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində məmnuniyyət sorğuları məhkəmə istifadəçiləri, vəkillər və məhkəmə işçiləri arasında aparılmışdır.

Soğuların aparılması üçün əvvəlcədən işçi qurup yaradılmış, onlara sorğuların aparılması və təhlillərin edilməsi barədə məlumat verilmişdir. Sorğuların keçirilməsi üçün CEPEJ ekspertləri tərəfindən 4 metodologiya təklif edilmişdir. Bunlar: üzbəüz müsahibə, telefonla müsahibə, kağız anket vasitəsilə keçirilən sərbəst sorğu, internet vasitəsilə keçirilən sərbəst anket sorğusudur. Bu metodologiyalar qiymət, məlumatın keyfiyyəti və vaxt baxımından müxtəlif cür icra olunur. Əsas məsələ şəraitə ən çox uyğun olan metodun seçilməsidir. Məmnuniyyət sorğularının düzgün keçirilməsinin ən vacib şərtlərindən biridə anket forması idi. Bununla əlaqədar 21-22 iyun 2016-cı il tarixdə Bakı şəhərində “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özününidarəetməyə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının pilot məhkəmələrində məmnuniyyət sorğularının keçirilməsinə dair işçi qrupu ilə görüş keçirilmişdir.

Tədbirdə pilot məhkəmələrdə məhkəmə istifadəçiləri, vəkillər və məhkəmə işçiləri arasında məmnuniyyət sorğularının keçirilməsi metodologiyası və gözlənilən nəticələr müzakirə edilmişdir. Tədbirdə həmçinin pilot məhkəmə nümayəndələrinin fəal iştirakı ilə sorğu anketlərində göstərilən suallar müzakirə edilmiş, əlavə və düzəlişlər edilmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidə işçi qrupunun razılığı ilə belə qərara gəlindi ki, onlara uyğun metodologiya kağız anket vasitəsilə keçirilən sərbəst sorğudur. Metodologiya müəyyənləşdirildikdən sonra işçi qurupunun əasas məqsədi sorğunun miqyasını müəyyən etmək idi.

Məlumatların təhlil olunması üçün gmail hesabı açılmış və “google forms”dan istifadə edilmişdir. “Google forms”da anket forması yığılmış və əldə olunan nəticələr buraya daxil edilmişdir. Sonra həmin nəticələr Excel formatında yadda saxlanılmışdır. Excelin funksiya və dusturlarından istifadə edərək məlumatlar təhlil edilmiş və nəticələr əldə olunmuşdur.


  1. Yüklə 325,73 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin