Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
Təsdiq edirəm:______________
Ümumi məlumat
Fənnin adı, kodu və kreditlərin sayı
Mənbəşünaslıq və tarixşünaslıq, HIST 303, 3 kredit
Departament
Tarix və Arxeologiya departamenti
Proqram (bakalavr, magistr)
Bakalavr
Tədris semestri
Yaz 2015
Fənni tədris edən müəllim
Rüxsarə Quliyeva
E-mail:
ruxsaraguliyeva@gmail.com
Telefon:
(012) 421-79-16 (departament)
Mühazirə otağı/Cədvəl
I gün -1030-1150 ; 1200-1320
Məsləhət saatları
Tələbələrlə razılaşdırılan vaxtlarda
Prerekvizitlər
Tədris dili
Azərbaycan dili
Fənnin növü
(məcburi, seçmə)
Məcburi
Dərsliklər və əlavə ədəbiyyat
Ədəbiyyat Mənbələr
1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I-II cildlər, Bakı, 1998.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989
3. Bakıxanov A.A. Gülüstan-i İrəm. B., 2006.
4. Мoisey Kalankaytuklu. Alban tarixi. Bakı, 1993.
5. Mixitar Qoş. Alban xronikası. Bakı, 1993
6. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
7. Акты Кавказской Археографической комиссии. I – XII cildlər, Тифлис, 1866- 1904
Monoqrafiyalar və elmi tədqiqatlar
8. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə, B., 2006.
9. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. B., 2006.
10. Dəlili N. Azərbaycanın cənub хanlıqları ХVIII əsrin II yarımilliyi . B, 1979.
11. Fərzəlibəyli Şahin. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı, 2003
12. Həsənli C. Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920. Bakı, 1993
13. Hüseynzadə Ə. XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı. B., 1967
14. İsgəndərov A.C. "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" Bakı, 2006. Yenə onun: 1918-ci il mart qırğınının
15. Quliyev Ə, Həsənov İ., Striqunov İ. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda tarix elminin inkişafı. Bakı, 1960
16. Səfərov Y.H. Azərbaycanın qədim, erkən orta əsrlər tarixinin tarixşünaslığı: 1960-1995. B,1998
17. Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı, 2004
18. Zülfüqarlı M. Azərbaycan tarixinin II respublika dövrünün tarixşünaslığı. B., 2001.
19. Aşırlı Akif. Azərbaycan mətbuatı tarixi (1875-1920). Bakı, 1920
20. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007
21. Quliyeva R.B. Azərbaycan Albaniyasının əhalisi. Namizədlik dissertasiyasının avtorefertaı. Bakı, 2014
22. Məmmədоv Х. Azərbaycan milli hərəkatı 1875-1918. B., 1996.
23. Məmmədova F. Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası. B., 1993.
24. Малов С.Е. Памятники древнетюркской письменности. М., Л, 1951
25. Мамедова Ф. Албания и албанцы. Б., 2006.
26. Сумбатзаде А. С. Aзербайджанцы–этногенезис и формирование народа. Б, 1990.
27. Сумбатзаде А.С. Азербайджанская историография XIX-XX вв. Б., 1982.
28. Фарсобин В.В. Источниковедение и его метод М., 1983
Dərsliklər
29. Azərbaycan tarixi. Bakı, 1996
30. Azərbaycan tarixi. VII cilddə. Bakı, 2007-2008
İnternet saytları
www.azerbaijan.az;
www.aztarix.azeriblog.com;
www.azerbaycanli.org
www.history.az
Tədris metodları
Mühazirə
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
mühazirələr
mövzu ətrafında müzakirələr
xəritələr, video və digər əyani materiallardan istifadə
müəyyən mövzularla əlaqədar olaraq muzeylərə ekskursiyaların təşkil edilməsi
bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi
Qrup müzakirəsi
Praktiki tapşırıqlar
Praktiki məsələnin təhlili
Digər
Qiymətləndirmə
Komponentləri
Tarix, son müddət
Faiz(%) ,bal
Rüxsarə Quliyeva
Dərsdə fəallıq
Dərslərdə, diskussiyalarda və elmi seminarlarda iştirak etmək
5 bal
Prezentasiya
Müstəqil tədqiqat işinin yazılı təqdimatı (mövzuların siyahısı əlavə edilir)
10 bal
Yoxlama işi (quiz)
Mənbəşünaslıq kursunun materialı əsasında. mart 2015
5 bal
Aralıq imtahanı
Mənbəşünaslıq. Mart 2015
35 bal
Yoxlama işi (quiz)
Tarixşünaslıq kursunun materialı əsasında. May 2015
5 bal
Final imtahanı
Tarixşünaslıq. May 2015
40 bal
Kursun təsviri
Mənbəşünaslıq tarixi mənbələrin yaranması və onlarda tarixi həqiqətin obyektiv olaraq əks olunmasının qanunauyğunluqlarını öyrənir. Mənbəşünaslıq tarixi mənbələr haqqında elmdir. Eyni zamanda tarixi tədqiqatlarda mənbələrdən istifadə və öyrənilməsinin nəzəriyyə və praktikasıdır. Elm dünyasında “Evristika”,Sovet tarixşünaslığında “mənbəşünaslıq” kimi tanınan bu elmi çox cəsarətlə tarixin nəzəriyyəsi adlandırmaq olar. Bu elm çox gəncdir və XIX əsrin əvvəllərində formalaşmışdır. İlk dövrlər yalnız yazılı mənbələrin aşkar edilməsi və tədqiqilə məşğul olsa da, hazırda nəzəri məsələlər onun əsas obyektlərindən biridir.
Dünya tarix elmini dərindən araşdırılması üçün onun iki əsas sütununu bilmək vacibdir. Bunlardan biri mənbəşünaslıq, digəri tarixşünaslıqdır. Azərbaycan tarixşünaslıq elminin müxtəlif dövrlərə görə inkişafı, mərhələləri və tarixə yanaşma proseslərini izləyib təhlil etməliyik. Eyni zamanda Azərbaycan tarixi çərçivəsində tarixçilik ənənələrinin yaranmasından müasir dövrə qədər olan bir prosedur, bu prosedurda müxtəlif xalqların, dövlətlərin, siyasi-vəziyyətin, dinin, mədəniyyətlərin və s. təsirindən söhbət açacaq və bu dəyişkənliyi zamana və mühitə görə təhlil edəcəyik. Bu predmeti tədris edərkən Azərbaycan tarixçiləri ilə yanaşı Osmanlı, Ərəb, Fars, Rus Qərbi Avropa və Amerika tarixçilərinin də əsərlərinə diqqət çəkiləcək, Azərbaycan tarixinə digər qonşu dövlətlərin təsiri, onların təsirinin Azərbaycan tarixçiliyində yeri və rolu da təhlil ediləcəkdir. Həmçinin ilk dəfə olaraq, Azərbaycan tarixşünaslıq elminin inkişaf prosesini şərti olaraq zamanlara görə bölüb müəyyən edəcəyik. Tarixşünaslıq elmi əsaslarla yaranana qədər tarixi təsəvvür və biliklər formasında mövcud olmuşdur. Tarixi keçmişimiz haqqında hər bir dövrdə yaranan yeni qaynaqlar həmin dövrün tarixşünaslıq əsəri hesab olnur.
Kursun məqsədləri
Mənbəşünaslığın məqsədi onun nəzəri-metodoloji prinsipləri əsasında mənbələrin tarixi həqiqətə tam uyğun olaraq öyrənilməsi üsulu, eləcə də, aşkara çıxarma metodunun işlənib hazırlanması, onda toplanmış informasiyaların seçilməsi və sistemə salınmasından ibarətdir.
Tarixşünaslığın məqsədi bütün tarixi dövrlərdə yazılmış əsərlərin müqayisəli təhlilini həyata keçirməklə problemlər haqqında yazılmış materialları tədqiqata cəlb etməkdən ibarətdir.
Tədrisin (öyrənmənin) nəticələri
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
Mənbəşünaslıq və tarixşünaslıq haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
Qazanılmış təcrübə
tarixi hadisələrin analizi
tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
Qaydalar (Tədris siyasəti və davranış)
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qıymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan igər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
Cədvəl (dəyişdirilə bilər)
Həftə
Tarix
(planlaşdırılacaq)
Mövzular
26.01.2015 2. 2.
Mənbəşünaslıq kursuna giriş.
Azərbaycan tarixinə dair qədim dövr mənbələri
2, 28
2, 23
2.02.2015
2. 2.
Azərbaycan tarixinə dair antik dövr mənbələri
Azərbaycan tarixinə dair Suriya mənbələri
2, 25
25
09.02.2015
2. 2.
Erkən orta əsr türkdilli mənbələri
Azərbaycan tarixinə dair erməni və gürcü mənbələri
24
21, 25
16.02.2015
2. 2.
Azərbaycan tarixinə dair yerli narrativ mənbələr
Azərbaycan tarixinə dair ərəb mənbələri
2, 4, 5,25
2, 6
23.02.2015
2. 2.
Azərbaycan tarixinə dair farsdilli mənbələr
Azərbaycan tarixinə dair XVI-XIX əsr mənbələri
2
2
02.03.2015
2.
2.
XIX əsr – XX əsrin əvvəllərinə aid qanunvericilik sənədləri Azərbaycan tarixinə dair mənbə kimi
XIX əsr – XX əsrin əvvəllərinin tarixi və ədəbi əsərləri tarixi mənbə kimi
2, 7
2
09.03.2015
2. 2.
XIX– XX əsrin dövrü mətbuatı mənbə kimi
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid mənbələr
19
1
16.03.2015
2.
2.
Yeni dövr mənbələri, Sovet dövrünə aid mənbələr (II Respublika dövrü)
Tarixşünaslıq kursuna giriş
18
15, 27
Aralıq imtahanı
23.03.2015
2. 2.
Azərbaycanda tarixi biliyin meydana gəlməsi və mərhələləri.
Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri.
3, 13, 15
3, 13, 15
30.03.2015 2.
2.
Azərbaycanın qədim dövrünün və qədim dövlətlərinin tarixşünaslığı.
Etnogenez problemi və onun tarixşünaslığı
16
26, 29
06.04.2015
2. 2.
Azərbaycan feodal dövlətlərinin tarixşünaslığı.
Səfəvi dövlətinin tarixşünaslığı
8, 9, 11
20
13.04.2015
2. 2.
Azərbaycan Xanlıqlarının tarixşünaslığı
Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı
10, 30
17
20.04.2015
2. 2.
Azərbaycan Milli hərəkatının tarixşünaslığı
Türk-müsəlman soyqırımının tarixşünaslığı.
22
14
27.04.2015
2. 2.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixşünaslığı
II Respublika dövrünün tarixşünaslığı.
12
18
04.05.2015
2. 2.
Dağlıq Qarabağ probleminin tarixşünaslığı.
Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərin tarixşünaslıqda yeri
30
30
Final imtahanı
Yazı işinə aid qaydalar
İş ayrıca vərəqlərdə yazılmalıdır.
Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.
İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.
İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.
Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.
İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakültəsi, işin yerinə yetirildiyi departament göstərilməlidir.
İş 5-7 kompüter səhifəsi həcmində, şrift 12, interval 1,5 olmalıdır.
Təqdimat mövzuları
Mixi yazı parçaları Azərbaycanın qədim tarixinə dair mənbə kimi
Azərbaycanın antik dövr etnik xəritəsi Yunan-Roma müəlliflərinin əsərində
Kitabi Dədə Qorqud dastanı tarixi mənbə kimi
XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-siyasi mühiti Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərində.
Adam Olearinin “Moskovya və Moskovydan keçməklə İrana, oradadn da geriyə səyahətinin təsviri” əsəri Azərbaycanın XVII əsr tarixinə dair mənbə kimi. .Адам Олеари. Описание путешестивия в Московию и через Московию в Персию и обратно. СПб., 1906.
XVI əsrin tanınmış ingilis səyyahı Antoni Cenkinsonun “Gündəlik” əsərində Azərbaycanın iqtisadi təsviri. .Ангилиские путешестивенники в Московском государстве в XVI веке», Л., 1937, c. 202-205, 207-211, 215.
Evliya Çələbinin. «Səyahətnamə»sində XVII əsr Azərbaycan şəhərlərinin təsviri.
Azərbaycanın XVII əsrdə Azərbaycanın sosial-iqtisadi həyatının təsviri Yan Streysin «Səyahət» əsərində. . Стрейс Я.Я.Три путешествия. M., 1935
A.A.Bakıxanov və Azərbaycan tarixşünaslığında yeni mərhələnin başlanması.
Azərbaycan tarixi üzrə memuar xarakterli mənbələr.
Azərbaycan tarixi üzrə sənəd tipli mənbələr
Azərbaycanın II Dünya müharibəsində iştirakının tarixşünaslığı.
Səfəvilər dövlətində Azərbaycan dilinin rəsmi dil kimi işlədilməsini təsdiq edən mənbələr
Azərbaycan tarixi üzrə səlnamə tipli mənbələr (nəsrani mənbələr).
Qafqaz İslam Ordusunun tarixşünaslığı.
Azərbaycanın Rusiya tərəfindən işğalına tarixi baxış.