TariXİn küSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)



Yüklə 1,64 Mb.
səhifə7/9
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#102949
1   2   3   4   5   6   7   8   9
Ramil Mirzezade

Məhəmməd Mahmudov adlı digər bir Azərbaycanlı öz facebook səhifəsində Astanlı kəndinin digər bir rayonlarda adaşı və tayı olduğunu bizə açıklayıb dedi ki :" Qazax rayonunda da Astanbəyli kəndi var,Məlumat üçün bildirmək istədim".Mahammad Mahmudov Azərbaycanın Akademik ünlü toponimşunas alimi "Budaq Budaqov" və N.G.Məmmədov, AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində "Astanlı" toponiminin etimolojiası haqqında belə yazırlar : " AŞAĞI ASTANLI KƏNDI. Yardımlı r. Oykonimin tərkibindəki Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən Şəkilçidir. Aşağı komponenti isə kəndin coğrafi mövqeyini əks etdirir.89 Görünür ki Bu iki ünlü alimin nəzərinə görə "Astanlı" toponimi "Astan" adlı şəxs ilə bağlıdır və bundan da artıq izah vermirlər ki "Astan"ın şəxs adını olduğunu haradan ələ gətiriblər.B.Budaqov bu toponimin adını yalnız bir şəxs adı olduğuna hökm verib kifayətləniblər və bu əzəmətlikdə və möhtəşəm mifik adı,sadəcə bir şəxs adı olduğunu qeyd ediblər.Görünür Budaqov və Məmmədov kimi akademik alimlər ,Azərbaycan ərazisində olan toponim adlarına çox səthi və sadəcə üzdən baxıblar və onları dərindən etimolojisini mənimsəməyiblər və düzgün araşdırma və tədqiqdən vaz geçiblər.Çox təəsüflər olsun ki bizim alimlər toponim araşdırmada ,başardıqca çalışmalarına rəğmən,düzgün və həqiqi ,köklü-dibli bu konu ilə ilgilənməyiblər və üzdən geçmə ,xala-xatırın qalmasın ,bu işdə çalışıblar və əsərlər yaradıb-yazıb və Azərbaycan toponim şunaslıq elmi sahəsinə sunublar , amma əsasi və köklü olmayıb və təməlsiz olub və çox sadə və aşağı səviyyədə tədqiqat aparılıbdır və bununla da bu sahədə yazılmış əsərlər də çox səthi və aşağı səviyyədə və qeyr-i elmi və əsassız olubdur.Bu Astanlı kəndin adının etimologiasını müxtəlif yönlərdən açıklamağına girişmək olar və biz burada o yönləri izahlandırmaq istəyirk. Bu toponimin ilk hissəsi ,"Ast" tərkibindən ibarətdir."Ast" bir çox Türk və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində iştirak edibdir. Misal üçün "Astara" ,"Astaraxan" ,"Astar abad"(Xəzərin cənub-şərqində yerləşən indiki "Qorqan" şəhərinin əski adı) ,Astamal,Astur(Güney Azərbaycanın Miyana şəhərinin ətrafında kənd adı) və sairəni ad aparmaq olar. "Ast" qədim türkcə sözdür və anlamı "aşağı" ,"alt" , "aşağı tərəf" ,"cənub","güney səmti" deməkdir. Alt anlamını daşıyan "Astar"(iç üz,alt üz) sözüdə ,həmən "Ast" sözü ilə bir kökdəndir. Biz bu Astar sözünü indilikdə paltar və geyim qismində işlədirik. Astanlı kəndindən bir görüntü /Şəkili göndərən
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin