Tələbə : Vəliyev Rafiq Rəhbər : Vəliyeva Tamella baki – 2005


AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN 2005-Cİ İLƏ PROQNOZLARI VƏ BÜDCƏ SİYASƏTİ



Yüklə 88,7 Kb.
səhifə12/15
tarix02.01.2022
ölçüsü88,7 Kb.
#8123
1   ...   7   8   9   10   11   12   13   14   15
4. AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN 2005-Cİ İLƏ PROQNOZLARI VƏ BÜDCƏ SİYASƏTİ
Azərbaycan dövləti öz büdcə siyasətində birinci növbədə çalışır ki, büdcənin gəlir hissəsini tədricən yerli mənbələr hesabına artırsın, büdcənin kəsirini azaltsın, gəlirlə xərclər arasında tarazlıq yaratsın. Dövlət bu yolla büdcə kəsrinin ümumi daxili məhsula nisbətini azaltmaq istəyir. Təəssüf ki, bu sahədə hələ problemlər qalmaqdadır. Təkcə xam nefdən gələn gəlirə arxalanmaq düzgün deyil. Büdcənin gəlirlərinin artırılmasının digər yolları axtarılmalıdır. Bu yolda həmçinin manatın sabitliyinin qorunması, xüsusilə manatın dollara nisbətən məzənnəsi daha möhkəm əsasa söykənməlidir. Bildiyimiz kimi, bu sabitliyi yaratmaq o qədər real bazaya əsaslanmır, sadəcə olaraq xaricdən gətirilən dollarların dövriyyəyə buraxılması hesabına yaradılır. Vergilər sayca azaldılmalı, səviyyəsi aşağı salınmalı və ən realı odur ki, vergiverənlərin sayı artırılmalıdır. Dövlət büdcəsində kəsirin əmələ gəlməsi təkrar istehsal prosesini pozur, bu səbəbdən əhalinin bir qismi iş yerlərini itirmək təhlükəsi qarşısında qalır, tələb və təklif arasında tarazlıq pozulur, bəzi məhsulların qiyməti artır. Öz yaşayış yeri və gəlir mənbələrini itirənlərin bir qismi yaşamaq üçün cinayət etməli olurlar. Bu səbəbdən də ölkədə gərginlik artır. Azərbaycan Respublikasında büdcələrin xəzinədarlıq vasitəsilə icra edilməsi müəyyənləşdirilmişdir. Icra hakimiyyəti orqanlarına büdcələrin icrasının təşkili və icra edilməsi, büdcə hesablarının və büdcə vəsaitlərinin idarə edilməsi həvalə edilir. Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli büdcələri vahid xəzinə prinsipi əsasında icra edilir.
Yüklə 88,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin