Böyük qrupla və kollektivlə iş:
böyük qrup 7 və daha çox şagirdin iştirak etməsi şərt
olmaqla sinifdə mövcud şagirdlərin 2 və daha artıq qrupa bölünməsindən alınır. Əsas
etibarilə bölünməmiş sinif də böyük qrupa daxildir. Ancaq daha rahat ifadəni təmin etmək
üçün bölünməmiş sinif kollektivlə iş də adlandırılır. Böyük qrupla işləmək kollektiv
fəaliyyətə alışmaq bacarığının bünövrəsini qoyur, şagirdlərdə ünsiyyət yaratma bacarığının
inkişafını təmin edir. Eynilə kiçik qruplarla işdəki kimi tapşırıqlar dəqiqləşdirilir,
şagi
r
dlərin
di
qqəti mövzuya yönəldilir. Şagirdlərin yaş xüsusiyyətlərinə potensial imkanlarına, maraq
və meyillərinə uyğun forma, üsul, vəsaitlər seçilir. Qrupun gördüyü işə dair hesabat forması
olan təqdimat iştirakçılardan biri tərəfindən həyata keçirilir. Lideri müəllim və ya qrup
üzvləri seçə bilərlər.
1.3.3.
T
əlim vasitələri
Tə
lim vasit
ə
l
əri anlayışı didaktikada müə
llim v
ə
şagird fəaliyyətinin
komponentlərindən biri kimi işlədilir. Tə
lim vasit
ə
l
ə
ri
şagirdlərin əqli inkişafına deyil,
bilavasit
ə
idrak fəaliyyəti prosesinə
d
ə
əsaslı tə
sir göst
ərir.
Tə
lim vasit
ə
l
əri biliklərin
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
44
m
ənimsənilməsini asanlaşdırır, ictimai praktika, elmi və
texniki məlumatları
möhkə
ml
əndirir və
maddil
əşdirir.
Təlimin səmərəli təşkilində təlim vasitələrinin, xüsusən, texniki vasitələrin tətbiqi
mühüm əhəmiyyət kəsb edir. Təlim vasitələrini üç qrupa bölmək olar:
1.
Tədris
-
əyani vasitələr;
2.
Tədris avadanlıqları;
3.
Təlimin texniki vasitələri.
Tə
dris-
əyani vasitə
l
ə
r
təlimdə əyaniliyin ifadəsi kimi geniş tətbiq olunur. Belə
vəsaitlərə şəkil, cədvəl, sxem, diaqram və xəritələr, didaktik materiallar
-
paylama
materialları, fərdi tapşırıq vərəqləri (kartlar), dərsliklər, dərs vəsaitləri (müntəxəbatlar,
çalışma kitabları, lüğət və məlumat kitabları, atlaslar və s.) daxildir.
Tədris avadanlıqlarına
müxtəlif cihaz və qurğular, alət və dəzgahlar aid edilir.
Təlimin texniki vasitə
l
ərinə
İnformatika Kommunikasiya Texnologiyaları, slaydlar,
audiovizual vasitələr, maşın, cihaz və qurğular aiddir.
Əyani vəsaitləri üç qrupda təsnif edirlər:
1.
Həcmli vəsaitlər (model, kolleksiya, cihazlar, aparatlar və s.);
2.
Çap vəsaitləri (şəkillər, plakatlar, portretlər, qrafiklər, cədvəllər və s.);
3.
Proyeksiya materialları (kinofilmlər, videofilmlər, slaydlar və
s.)
Tə
limd
ə
kolleksiya və
modellər mühüm rol oynayır. Məktə
b
kolleksiyası deyərkən
t
ə
dris
əşyalarının müəyyən ə
lam
ə
tl
ə
r
ə
gör
ə
toplanması nə
z
ə
rd
ə
tutulur. Belə
materiallar
müxtəlif fənlər üzrə
olub, yeni
materialların
öyrənilməsinə
v
ə
ya
m
ənimsənilmiş
bili
klərin
t
əkrarına xidmə
t
edir.
Canlı və
cansız tə
bi
ə
t
ə, texnologiyaya, riyaziyyata, musiqi və
s. dair
kolleksiyalar geniş yayılmışdır. Tə
dris m
əqsə
di il
ə
bir
çox kolleksiyaları şagirdlə
r
müə
lliml
ə
ri il
ə
birlikdə
hazırlayırlar.
Təlim
vasitələri əyaniliyi qüvvətləndirir, şagirdlərin diqqət və fəallığını artırır, təlimin
emosional təsirini və fənnə marağı gücləndirir. Müəllim təlim vasitələrindən yerində
düzgün istifadə etməklə təlimin səmərə və keyfiyyətini yüksəldir.
Təlim vasitələri
hər bir şagirdin fərdi imkanlarını aşkara çıxarır, müəllimə onların
şəxsi nailiyyətlərini izləmək şəraitini yaradır, mövzunun mənimsənilməsində boşluqları üzə
çıxarır, təlimdə diferensiallaşmanı təmin edir, şagirdlərdə özünüqiymətləndirmə bacarığını
formalaşdırır, müstəqil fəaliyyətin təşkilinə əlverişli şərait yaradır, şagirdləri fəallaşdırır,
əks əlaqəni labüdləşdirir, təlim prosesində inkişaf dinamikasını tənzimləmək imkanı verir.
Resurslar fənn, mövzu, məqsəd, müəllimin bacarıqları, avadanlıq və
t
əhsilalanların
xüsusiyyə
t
ərinə
gör
ə
d
əyişir. Təlim resurslarının tətbiqi duyğu orqanları ilə
sıx əlaqəlidir.
Sinif otağında daha çox istifadə olunan resurslara silinən lövhələr, flip
-
çart, interaktiv
lövhələr, Power Point, Prezi proqramlarında təqdimatlar, paylama materialları, oyunlar,
modellər, DVD, kameralar, multimedia vasitələri, bloqlar, forumlar, vikipediya, podkastlar
və s. aiddir.
Qruplar üçün nəzərdə tutulan iş vərəqləri təhsilalanların sosiallaşmasını təmin edir,
kommunikativ kompetensiyaların formalaşmasına zəmin yaradır.
|