Təlim ekskursiyaları
sinfin bütün şagird heyəti ilə təbii şəraitdə keçirilən qeyri
-
standart dərslərdir. Belə ekskursiyalar tədris proqramlarında qeyd olunur, mövzuları
proqram əsasında müəyyənləşdirilir. Aparıldığı obyektlərdən asılı olaraq dərs
-
ekskursiyaların dörd növü ayırd edilir:
təbiət, tarix (tarixi yerlərə), incəsənət (muzey və
sərgilərə), istehsalat ekskursiyaları.
Daşıdıqları məqsədə görə ekskursiyalar üç tipdə olur:
1.
İlk tanışlıq və ya giriş ekskursiyaları
. Mövzudan qabaq keçirilir və ona maraq
oyatmaq məqsədi daşıyır;
2.
Cari və ya müşayiətedici ekskursiyalar.
Mövzu öyrənilən prosesdə keçirilir və
nəzəri bilikləri möhkəmlətmək, tətbiq etmək məqsədi güdür;
3.
Yekun ekskursiyalar.
Mövzu öyrənildikdən sonra keçirilir və mövzuya yekun
vurmaq, öyrənilənləri sistemə salmaq, tətbiq etmək, yoxlamaq məqsədi ilə təşkil
edilir.
Ekskursiyalar bir neçə mərhələdə təşkil olunur:
•
Hazırlıq
-
şagirdlər nəzəri biliyi təkrar edir, müəllim obyektlə tanış olub,
ekskursiyanın plan və marşrutunu müəyyən edir;
•
Ekskursiyanın keçirilməsi
-
plan əsasında obyekt haqqında məlumat verilir,
şagirdlər müşahidə edir, qeydlər aparırlar;
•
Yekun mərhələsi
-
müxtəlif formalarda, əyani vəsait hazırlamaq, inşa yazmaq,
müsahibə aparmaq, kolleksiya və herbari düzəltmək və s. təşkil edilir.
Oyun xarakterli təlim formaları elə bir təlim növüdür ki, burada şagird fəal və yaradıcı
şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
60
münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir.
Ona görə də ibtidai
siniflərdə fənlərin tədrisində təlimin oyun formalarından geniş istifadə olunur. Dərslərdə
qaydalı və qaydasız oyunlardan daha çox istifadə edilir. Yaradıcı oyunlar uşaqlar tərəfindən
yaradılan qaydasız oyunlardır.
Qaydalı
oyunlar uşaqların davranışlarını idarə etmək qabiliyyətini artırır, onların
impulsivliyini azaldır, bununla da xarakterin formalaşmasına yardım edir. Qaydalı
oyunlara
didaktik, mütəhərrik
və
rollu oyunlar
aid edilir. Doyunca qaydalı oyunlar oynamış
uşaqların məktəb intizamına uyğunlaşması daha asan olur. Buna görə də həmin oyunlar
dərslərə gətirilir və dərs oyun formasında aparılır.
Didaktik (öyrədici)
oyunlar şərti olaraq 3 növə ayrılır: oyuncaqla (müxtəlif əşya) ilə
oynanan oyunlar,
şifahi və ya sözlü (tapmaca) oyunlar, loto (cüt şəkilli kart) oyunlar. Dərs
zamanı didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və təfəkkürün inkişafına
kömək edir.
Rollu oyun
oynayarkən şagird hər hansı bir obrazı canlandırır, öz təəssüratlarını üzə
çıxarır. Oyun vəziyyətinin xəyal olduğunu anlayan uşaqlar buna baxmayaraq, olduqca real
hisslər, təcrübələr yaşayır, bununla da daxili dünyalarını zənginləşdirirlər. Psixoloqlar
hesab edirlər ki, rollu oyun uşaq oyunlarının inkişafının ən yüksək formasıdır. Rollu oyun
uşaqların idraki inkişafında böyük əhəmiyyət kəsb edir, onlarda diqqəti və yaddaşı inkişaf
etdirir. Tərəfdaşlar ilə birgə oyun zamanı uşaqlar ünsiyyət qurmağı, başqalarının istək və
fəaliyyətlərini nəzərə almağı, fikirlərini müdafiə etməyi, təkid etmə qabiliyyətini, həmçinin
birgə planlar hazırlamağı və həyata keçirməyi öyrənirlər. Müxtəlif rolları yerinə yetirərkən,
uşaq müxtəlif fəaliyyətlərin bütün aspektlərini əhatə etməyə başlayır ki, bu da öz
növbəsində insanın düşüncə qabiliyyətini inkişaf etdirməyə, başqasının fikrini qəbul etməyə
kömək edir. Oyunların bu müxtəlifliyi fərqli məqsəd daşıyan fənlərin tədrisini şagirdlər
üçün daha maraqlı və cəlbedici etməyə imkan yaradır. İbtidai siniflərdə aşağıdakı dərs
-
oyunlardan istifadə edilməsi imkanları mövcuddur. Təhsilin istənilən pilləsində oyunlardan
məqsədli istifadə şagird
nailiyyətinə müsbət təsir edir.
Təlim xarakterli oyunlar və onların dərslərdə tətbiqi dərsləri standartdan çıxarır, onun
daha maraqlı və keyfiyyətli olmasını təmin edir. Təlim xarakterli oyunlar uşaqlara ətraf
aləmi dərk etmək, ona qayğı
göstərməklə yanaşı, onun mühafizəsinin həyata keçirilməsində
iştirakını təmin edir.
Oyun şagirdləri təbiətlə və onları əhatə edən insanlarla harmoniyada
yaşamağı öyrədir. Oyunlar şagirdlərdə təbiət hadisələrinin qarşılıqlı əlaqələri haqqında
təsəvvür yaradıb, müşahidə, müqayisə, sistemləşdirmə, analiz etmə, ümumiləşdirmə kimi
bacarıqları formalaşdırır. O, uşaqlarda yaddaş, diqqət, düşüncə, təəssürat kimi psixi
prosesləri inkişaf etdirir.
Oyunlar uşaqların ətraf aləm haqqında biliklərini zənginləşdirir, əxlaqi anlayışların
formalaşmasına kömək edir, ətraf mühitə humanist münasibətin yaranmasına səbəb olur.
Oyunlar forma və məzmununa görə fərqlənirlər: didaktik, rollu, işgüzar, imitasiya, viktorina,
çalışmalar, hərəkətli, kompüter, səyahət, turnir və s. Oyunlar aşağıdakı növlərdə olur:
hərəkətli oyunlar; dramatik; istehsalat (ovçuluq, bağçılıq, əkinçilik və s.); məişət (ictimai və
ailəvi); idman oyunları (sadə yarışlar, əşyalarla yarış), kompüter oyunları və s.
|