TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə59/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   55   56   57   58   59   60   61   62   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Səhnələşdirilmiş nağıllar
da qeyri
-
standart dərslərin bir növü hesab olunur. Nağıllar 
vasitəsi ilə şagirdlər insan həyatının dəyərlərini yenidən qiymətləndirmək imkanlarını əldə 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
62 
edirlər. Ona görə də belə təlim formalarını təşkil edərkən qocalıq və aclıq, sədaqət və borc; 
hər insanın valideyni olması, valideynlər öz uşaqlarını itirməməsi, güclü və ağıllı, dosta 
düzgün qiymətin verilməməsi, dostun küsməsi, öz yerinin sahibi olması peşəkarlığın, 
xeyirxahlığın yaxşı olması deməkdir, axmaqlıq, özündən razılıq, yaltaqlıq, paxıllıq, insanın 
zəifliyinin və gücsüzlüyünün səbəbi olması kimi mövzulara dair nağılların seçilməsi 
məsləhətdir. Belə nağılların səhnələşdirilməsi şagirdlər tərəfindən böyük həvəslə qarşılanır, 
onların əsasında dəyərlər sistemi formalaşır.
Məhz bu biliklərdə və bacarıqlarda (onlar 
yalnız həyatdan götürülüb və yalnız həyat üçündür) uşağın gücü və müvəffəqiyyəti durur, 
onun həqiqi bir insan kimi formalaşmasının təməli qoyulur. “Özün dəyişə bilmirsənsə, 
başqalarını dəyişə bilməzsən” və yaxud “yaxınlarının qədrini bilməsən, yadlar tərəfindən 
yeyiləcəksən”

bu, bütün nağılların ana xəttidir. Bu fikir, meyar ətrafında uşaqlar debatın 
əsas mövzusunun müzakirəsində təsdiq və təkzib mövqeyindən iştirak edirlər.
Səhnələşdirilmiş nağıl formasının birinci mərhələsi nağılın oxunması ilə başlayır. 
İkinci mərhələdə əsas anlayışlar müəyyən edilir və onlar açıqlanır, bunlar müxtəlif 
yanaşmalarla söhbət, müzakirə, şəkillər üzrə iş, muzeyə, zooparka səyahət və s. həyata 
keçirilir. Dərsin üçüncü mərhələsində, nağılda heyvanların insan obrazlarında ifadəsi 
nəzərdə tutulur. Dördüncü mərhələdə nağıl bir neçə hissəyə bölünür və adlandırılır.
Dərs
-
yarışlar da şagirdlərdə fəallığı, məsuliyyət hissini artıran, onları daha çox 
maraqlandıran təlim formasıdır. Burada mövzuların öyrənilməsi yarış şəklində təşkil edilir. 
Belə dərslər ziddiyyət xarakterli mövzuların tədrisində təşkil olunur. Ziddiyyətlə problemə 
münasibət baxımından şagirdlər 2 komandaya bölünür. Komandalar arasında bilik yarışı, 
viktorina və s. keçirilir. Komandalar sual və tapşırıqlar hazırlayır, əks komanda üzvlərinə 
verir. Hansı qrup daha çox sual və ya tapşırığı həll edərsə, qalib hesab olunur.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin