TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə90/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   86   87   88   89   90   91   92   93   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
100 

Məktəbdə dərslər məktəbin direktorunun təsdiq etdiyi cədvələ uyğun aparılır, 
cədvəl hamının tanış olması üçün əlçatan yerdə asılır;

Dərslərin və tənəffüslərin müddəti, zəng cədvəli məktəb direktorunun əmri ilə 
müəyyən olunur;

İdman seksiyaları, dərnəklər, təlim emalatxanaları məktəb direktorunun təsdiq 
etdiyi cədvəl üzrə işləyirlər;

Sinifdənkənar tədbirlərin keçirilməsi məktəb direktorunun təsdiq etdiyi plan üzrə 
həyata keçirilir;

Təhsil prosesi zamanı şagirdlərin məktəbin binasını tərk etməsi qadağandır;

Şagirdlərin məktəbli forması məktəbin Nizamnaməsi ilə müəyyən olunur, şagirdin 
xarici görünüşü məktəbdə müəyyən olunan tələblərə uyğun olmayan halda, 
həmçinin dərslərə gecikəndə, şagirdləri dərsə buraxmamaq qadağandır;

Şagirdlərin dərsdən qovulması qadağandır;

Dərs zamanı uşaqların məktəbdə azad, nəzarətsiz gəzməsinə yol verilmir;

Tənəffüs vaxtından dərs üçün istifadə edilməsi yolverilməzdir;

Şagirdlər, məktəbin işçiləri və valideynlər məktəbin əmlakına ehtiyatla 
yanaşmalıdırlar, məktəbin binasında və onun ərazisində təmizliyə riayət 
etməlidirlər;

Şagirdin və ya məktəb işçisinin şəxsiyyətinə və ya əmlakına dəymiş zərərə, 
həmçinin məktəbin əmlakına dəymiş zərərə görə məsuliyyətin miqdarı və belə 
zərərin ödənilmə qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyinin 
müddəaları ilə müəyyən edilir;

Məktəb ərazisinə istənilən məqsədlə silah gətirmək və istənilən üsulla ondan 
istifadə etmək qadağandır. Eyni zamanda oyuncaq plastmas güllələr, kəsən və 
sancan əşyalar, partlayıcı və yanğın təhlükəli maddələri, istənilən alkoqollu içkiləri, 
tütün məmulatlarını, tibbi preparatları, narkotik, toksik, digər bihuşedici maddələri 
və zəhərləri məktəbə gətirmək, istifadə etmək və yaymaq qadağandır;

Bu qaydalar haqqında məlumatlar şagirdin valideynlərinə (qanuni 
nümayəndələrinə) məlumat verilməlidir;

Məktəbin ərazisində yiyəsiz və ya şübhəli əşyaların aşkar edilməsi haqqında dərhal 
məktəbin mühafizəçisinə, müəllimlərdən hər hansı birinə və ya məktəb rəhbərliyinə 
xəbər verilir;

Qarderoba (əgər məktəbdə qarderob varsa) təhvil verilən üst paltarın ciblərində 
pul, açar, yol biletini, digər qiymətli əşyaları qoyulması tövsiyə edilmir 
– 
məktəb 
onların itirilməsinə görə məsuliyyət daşımır;

Məktəbin ayrı
-
ayrı otaqlarında (kompüter sinfi, kimya, fizika və s. kabinetlər) xüsusi 
davranış qaydaları müəyyən edilir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin