Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə10/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
NECƏSƏN, EY VƏTƏN
Ağıllı qəhətdir, gicinə minnət,
Hər yanda haqsızlıq, yoxmu ədalət?
Elmli azalıb, artıb cəhalət,
Necəsən, ey vətən, de bu cəm ilə?

Güvənə biləcək igidin hanı,


Heyrətə gətirmir niyə cahanı?
Qoruya bilmirsə oğul ananı?
Necəsən, ey vətən, de bu cəm ilə? 

Torpağı satdılar dəyər-dəyməzə,


Necə çıxacaqlar bir gün təmizə.
Təlxəyi, alçağı durubdur üzə,
Necəsən, ey vətən, de bu cəm ilə?

Mən türkəm söyləyir, sonra hay çıxır,


Millətin qurduğun soysuzlar yıxır.
İgidin ürəyin şərəfsiz sıxır,
Necəsən, ey vətən, de bu cəm ilə?

Anası axçidir, atası köpək,


Bunların nazını nə qədər çəkək.
Bu sarsaq yığını guya ki, zirək,
Necəsən, ey vətən, de bu cəm ilə 

Deputat seçdirir özün millətə,


Sonra da milləti salır zillətə.
Əzdirir, döz deyir bu həqarətə,
Necəsən, ey vətən, de bu cəm ilə.
Bizimçün qanunu yazan özgədir,
Çalanı, quyunu qazan özgədir.
Qaydanı, qanunu pozan özgədir,
Necəsən, ey vətən, de bu cəm ilə?
VƏTƏN ANADIR
Mən gəzdiyim bu şəhərdə,
Neçə- neçə ər də gəzir.
Kişi kimi sözün deyən,
Kölgələnən şər də gəzir.

Baxırsan ki, bir insandır,


Şirin- şirin söhbəti var.
Salam verib, salam alır,
Əhsən, əcəb hörməti var.

Bir az dərin araşdırsan


Yanıldığın üzə çıxar.
Minsifətli belələri
Altdan-altdan evlər yıxar.

Don geydirər min yalana,


İşində çox peşəkardır.
Yazıqlar olsun, ay millət,
Üzə durmaq bir azardır.

Kişiliyin atıb "kişi",


Yanındakı qadına bax.
Cəhənnəm olsun hər işi,
Dur, ey qadın, adına bax!

Sən övladına anasan,


Vətən hər kəsin anası.
Hamımız olsaq biganə,
Kimdir vətənçün yanası?

Bu vətəni satan biri,


Şərəfini satmış demək .
İtirmissə ləyəqətin,
Xəyanətə batmış demək.

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin