Tərtib edəni: m etodika və biblioqrafiya şöbəsinin müdiri: Musayeva Leyla Şamo qızı Komputer dizaynı və yığımı


V. Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr



Yüklə 1,19 Mb.
səhifə4/11
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#107778
1   2   3   4   5   6   7   8   9   10   11
V. Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr

Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq kitabxana-larda həmin mövzuya aid sitatlar, video çarxlar, kitab sərgiləri, foto stendlər, metodik guşələr, ədəbi-bədii kompazisiyalar təşkil edə bilər-lər. Nümunə üçün ədəbi-bədii kompazisiyanın keçirilməsinə dair me-todiki tövsiyələr.

I aparıcı- Əsrlərdən bəri doğma Vətənimiz Azərbaycanın zəngin təbii sərvətləri, dünya xəritəsində tutduğu əlverişli mövqe böyük im-periyaların daim diqqət mərkəzində olmuşdur. Torpaqlarımızda yer, süfrəmizdə çörək verdiyimiz nankor ermənilər ac imperiyaların dəs-təyinə arxalanaraq dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə dönə-dönə faciələr törətmiş dövlətimizin içində dövlət yaratmışlar.

II aparıcı- Zaman-zaman Azərbaycan xalqının salnaməsində ermə-nilərin əli ilə yazılmış qanlı səhifələr, faciəli tarixlər sıralanmışdır.

Xocalı soyqırımı xalqımızın ən yeni tarixinin qanlı mürəkkəbi quru-mamış səhifəsidir. Xocalı soyqırımı sanki uzun illərdən bəri ermə-nilərin törətdiyi 1905-ci il qırğınını, 1918-ci il Şamaxı, Quba, Bakı qətliamını unutduğumuz üçün tarixin bizə verdiyi acı yaddaş dərsidir.

I aparıcı- Bu gün Xocalı soyqırımının, Xocalı faciəsinin, Xocalı dəhşətlərinin 20-ci ildönümüdür. Erməni vandalizminin, erməni qəd-darlığının, xaçpərəst əlbirliyinin açıq nümunəsi olan o qanlı fevral gecəsi hər il bütün Azərbaycan xalqı, bütün sülhsevər ölkələr tə-rəfindən acı təəssüf hissi və ürək yanğısı ilə qeyd edilir. Bugünkü tədbirimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına açılan o dəhşətli müsibətlərə həsr olunub.

II aparıcı- Yaxşı qulaq asın bu qəmli, ibrətamiz, faciəvi hekayətə. Onu yaddaşınıza həkk eləyin, dostunuza yoldaşınıza danışın, oğlunuza, qızınıza nəql eləyin. Qoy, gələcək nəsillər xalqımızın başına gətirilən bu müsibətləri, Xocalı harayını, Xocalı məşhərini, Xocalı genosidini heç zaman unutmasın.
-12-


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin