1
|
2
|
3
|
10.
|
Təbiət istifadəçilərinə xidmət göstərilməsi üçün müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlər (köşklər) yerləşdirmək
|
hər səyyar obyekt (köşk) üçün 5 (beş) manat- gündəlik
aylıq - 100 manat
|
11.
|
Mehmanxanalarda, kempinqlərdə, turbazalarda və digər iaşə obyektlərində təbiət istifadəçilərinin yerləşdirilməsi
|
hər adam-gün üçün 2,5 (iki manat əlli qəpik) manat
|
12.
|
Təbiət istifadəçisi tərəfindən xüsusi mühafizə olunan təbiət ərazisində yem və dənli bitkilərin əkilməsi (iqtisadi rayonları üzrə):
|
bir hektar üçün illik:
Abşeron və Aran:
dəmyə torpaqlar - 30 (otuz) manat;
suvarılan torpaqlar – 50 (əlli) manat;
Dağlıq Şirvan, Yuxarı Qarabağ, Quba-Xaçmaz:
dəmyə torpaqlar - 35 (otuz beş) manat;
suvarılan torpaqlar - 55 (əlli beş) manat;
Lənkəran, Gəncə-Qazax, Şəki-Zaqatala:
dəmyə torpaqlar - 40 (qırx) manat;
suvarılan torpaqlar - 60 (altmış) manat
|
13.
|
Arı pətəklərinin (ailələrinin) yerləşdirilməsi
|
hər arı pətəyi (ailəsi) üçün 1 (bir) manat - aylıq
|
14.
|
Yabanı meyvə, göbələk, giləmeyvə, palıd qozası və digər bitkilər yığmaq
|
5 kq-dək olan 1 qaba görə - 5 (beş) manat
|
15.
|
Xüsusi mühafizə olunan təbiət ərazisinin loqosundan istifadə etmək
|
illik: 100 (yüz) manat
|
16.
|
Tədris və məşğələ (treninq) proqramlarının təşkili
|
adambaşına 1 (bir) manat -gündəlik
|
3.2. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən ov, idman və həvəskar balıq ovu məqsədləri ilə istifadəyə görə ödəmələr Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında”, “Balıqçılıq haqqında” qanunları ilə tənzimlənir və müvafiq normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.
3.3. Milli parkların turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Turizm haqqında” qanunlarına uyğun olaraq, müvafiq milli parkın xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə ilə təbiət istifadəçisi arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.
3.4. Təbiət istifadəçisinin təqsiri üzündən yararsız hala salınmış və ya itirilmiş əşyaların bərpa xərcləri və ya tam dəyəri istifadəçi tərəfindən ödənilir.
Qeyd. Nəqliyyat vasitəsi istifadəyə (icarəyə) verilərkən, təbiət istifadəçisinin həmin nəqliyyat vasitəsini idarə etməsinə hüquq verən sənədinin olub-olmaması və bacarığı nəzərə alınmalıdır.
3.5. Xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı aşağıdakı şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər:
3.5.1. xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin əməkdaşları (xüsusi vəsiqələrini təqdim etməklə);
3.5.2. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin müvafiq ərazilərlə bağlı xidməti vəzifələrini yerinə yetirərkən gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların işçiləri (təsdiqedici sənədi təqdim etməklə);
3.5.3. Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə);
3.5.4. məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər;
3.5.5. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilə əsasında istifadə zamanı təbiət istifadəçisi və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsi çərçivəsində fəaliyyət göstərən xidməti heyət üzvləri (müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin təsdiq etdiyi siyahıya uyğun olaraq).
3.6. Xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə (milli parkların yüksək dağlıq hissələri istisna olmaqla) giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə) aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədləri təqdim etməklə) istifadə etmək hüququna malikdirlər:
3.6.1. ali məktəb tələbələri;
3.6.2. əlillik dərəcəsi olan şəxslər.
____________________
“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nə
Dostları ilə paylaş: |